Icma.az
close
up
RU
Səfir: Serbiya və Azərbaycan qlobal sülh təşəbbüslərində birgə iştirak edə bilər MÜSAHİBƏ

Səfir: Serbiya və Azərbaycan qlobal sülh təşəbbüslərində birgə iştirak edə bilər MÜSAHİBƏ

Icma.az bildirir, Apa.az portalına istinadən.

Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin APA-ya müsahibəsi

- Azərbaycan Respublikası ilə Serbiya arasında ötən müddət ərzində dövlətlərarası münasibətlərin inkişafını necə qiymətləndirmək olar?

Azərbaycan-Serbiya münasibətləri: 30 illik strateji tərəfdaşlıq

- Azərbaycanla ikitərəfli münasibətlərimiz qarşılıqlı dəstək və anlaşma prinsiplərinə əsaslanır. Görünən odur ki, son bir neçə ildə ölkələrimiz arasındakı əlaqələrin və əməkdaşlığın intensivliyi əhəmiyyətli dərəcədə artıb. Bu da özünü rəsmi səfərlərin intensivliyi də daxil olmaqla, yeni ikitərəfli müqavilələrin imzalanmasında və qarşılıqlı ticarət dövriyyəsində göstərir. Mütəmadi olaraq qeyd edildiyi kimi, hər iki ölkənin prezidentləri və onlar arasındakı möhkəm dostluq əlaqələri münasibətlərimizdəki tərəqqiyə stimul verib. Ölkələrimizin liderləri arasındakı sıx təmaslar və onların təşəbbüsləri, eləcə də müvafiq dövlət strukturlarının göstərdikləri birgə səylərin nəticəsində Azərbaycanla Serbiya arasında enerji və müdafiə sahəsindəki əməkdaşlıqda mühüm irəliləyişlər əldə olunub, eləcə də digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün əhəmiyyətli addımlar atılıb. Azərbaycanlı həmkarımla birlikdə ölkələrimizin və xalqlarımızın rifahı naminə bu səylərin həyata keçirilməsinə dəstək olmaq mənim üçün böyük şərəf idi.

- İndiki dövrədək ölkələrimiz “Serbiya və Azərbaycan arasında Dostluq və Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” də daxil olmaqla, ümumilikdə 60-a yaxın sənəd imzalanıb. İstərdik ki, Azərbaycanla Serbiya arasında imzalanmış sənədlərin reallaşması üçün son dövrlərədək görülən işlərə qısaca nəzər salasınız.

İmzalanan 60 sənəd: Azərbaycan-Serbiya əlaqələrinin hüquqi bazası

- Ümumilikdə bu günədək ölkələrimiz arasında ikitərəfli münasibətlərimizin bütün sahələrini əhatə edən 60 birgə sənəd mövcuddur. İmzalanan sənədlər əməkdaşlığımızın əsasını təşkil etdiyi üçün onların icrası davam etdirilir. Təbii ki, energetika və müdafiə sahəsində əməkdaşlığa dair müqavilələr gözlə görülən nəticələr verməkdədir. Çünki onlar qarşılıqlı ticarət dövriyyəsinə bilavasitə təsir göstərir. Lakin bu, digər sənədlərin qeyri-effektiv olması anlamına gəlmir. Biz ümid edirik ki, Strateji Əməkdaşlıq Şurasının bu il keçiriləcək ilk iclası müxtəlif sahələrdə mövcud əlaqələrimizin inkişafına yeni impuls verəcək. Şuranın həmsədrlərinin bilavasitə dövlətlərimizin başçıları olduğunu nəzərə alsaq, onun hər iki ölkənin dövlət strukturlarının qarşısında müvafiq tapşırıqlar qoyacağına və bununla da yeni birgə fəaliyyətə stimul verərək, tərəfdaşlığımızı aktivləşdirəcəyinə ümid edirik. Şuranın iclasının Prezident İlham Əliyevin Belqrada səfəri çərçivəsində keçiriləcəyini nəzərə alsaq, bu, həm də yeni ikitərəfli sənədlərin imzalanması üçün yaxşı bir fürsət olacaq. Onların arasında mən Serbiyada qazla işləyən yeni elektrik stansiyasının inşasını qeyd etmək istərdim. Bu sənəd özündə 500 milyon dollar həcmindəki layihənin reallaşdırılmasını ehtiva edir. 13 il ərzində imzalanan bütün sənədlər siyasət, iqtisadiyyat, energetika, müdafiə, o cümlədən, təhsil, mədəniyyət, turizm, sosial müdafiə və məşğulluq sahələrində əməkdaşlığı əhatə edir.

- Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Вirgə Hökumətlərarası Komissiyasının sonuncu - VIII iclası 2024-cü il iyulun 25-də Bakıda keçirilib. Onun ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni necə qiymətləndirirsiniz?

Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Komissiya: İkitərəfli əlaqələrə təkan verir

- Ölkələrimiz arasında mövcud olan səmimi dostluğa və qarşılıqlı dəstəyə, habelə xarici siyasət prinsiplərinə ortaq baxışımıza əsaslanan dayanıqlı siyasi münasibətlərimiz bizim üçün böyük əhəmiyyətə malikdir. Lakin görünən odur ki, iqtisadi sahədəki əlaqələrimiz bir qədər geri qalır. Buna görə də hər iki tərəf iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın qurulması və ya genişləndirilməsi üçün təşəbbüslərin irəli sürülməsinə çalışır. Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Вirgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ticarət, energetika, müdafiə, nəqliyyat və inşaat kimi daha perspektivli sahələrə yönəlib. Bununla əlaqədar olaraq prioritetlərdən biri sözsüz ki, hər iki paytaxt arasında birbaşa reyslərin açılmasıdır. Çünki bu, tərəfdaşlıq etdiyimiz digər sahələrə son dərəcə vacib impuls verəcək.

- Cənab Səfir, rəsmi şəkildə bəyan edildiyi kimi, Azərbaycan Serbiya ilə münasibətlərin siyasi, iqtisadi və humanitar sahələrdə inkişafına böyük önəm verir. Siz yuxarıda göstərilən istiqamətlərdəki münasibətlərimizin inkişaf perspektivlərini necə dəyərləndirirsiniz?

İqtisadi əlaqələrin inkişafı: İşgüzar forumlar və investisiya imkanları

- Siyasi münasibətlərimizin yüksək səviyyədə olmasına baxmayaraq, mən hesab edirəm ki, belə bir mürəkkəb dövrdə həmfikirlərlə və dövlətlərlə daha sıx və isti dostluq münasibətləri saxlamaq həyati cəhətdən əhəmiyyətlidir. Mən Azərbaycanın da eyni siyasət yeritdiyini bilirəm. İnanıram ki, ilk iclasının cari ildə keçirilməsi nəzərdə tutulan Azərbaycan və Serbiya arasında Strateji Əməkdaşlıq Şurasının, habelə birgə təmasların və səfərlərin sayının artmasının və qarşılıqlı dəstəyin köməyi ilə bu şərtlər daxilində siyasi əlaqələrimizin inkişafı özünü icra, qanunvericilik və məhkəmə orqanları da daxil olmaqla, hakimiyyətin bütün strukturlarında, o cümlədən beynəlxalq arenada və digər sahələrdə göstərəcək. İqtisadi əməkdaşlığın möhkəmləndirilməsi, sözsüz ki, daha mürəkkəb məsələdir. Çünki bu, təkcə dövlət strukturlarından yox, həm də özəl sektordan asılıdır. İndiki şəraitdə özəl sektorda birgə tərəfdaşlıq və investisiya imkanlarının araşdırılması üçün bu sahənin daha çox təşviq və stimullaşdırmaya ehtiyacı var. Birgə Hökumətlərarası Komissiya bu istiqamətdə bəzi addımların atılmasını həyata keçirib, lakin mən hesab edirəm ki, xüsusiləşmiş biznes-forumların, yarmarkaların, eləcə də hər iki ölkənin bir-birinin malik olduğu potensial və imkanlarla daha yaxşı tanışlığı üçün biznes ictimaiyyətinin təmsilçilərinin qarşılıqlı səfərlərinin təşkil olunması əlaqələrimizin inkişafına daha böyük səmərə verə bilər. Paralel olaraq, biz eyni zamanda, inşaat, nəqliyyat və infrastruktur sahələrindəki tərəfdaşlıqda tərəqqiyə nail olunması üzərində işləyirik. Çünki adlarını çəkdiyim sahələrdə hələ də istifadə olunmayan potensial mövcuddur. Mən hesab edirəm ki, mədəniyyət və turizm sahəsində mübadilənin həyata keçirilməsi humanitar sektorda əməkdaşlığın genişləndirilməsinin daha effektiv üsuludur. Bu, həm də xalqlarımızın bir-birinin mədəni və tarixi keçmişi ilə tanışlığı və qarşılıqlı əlaqəsi üçün mükəmməl imkanlar yaradır.

- Yaxın vaxtlarda qarşılıqlı yüksək səviyyəli səfərlərin reallaşdırılması perspektivlərini necə qiymətləndirirsiniz?

- Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç 5 dəfə Azərbaycanda səfərdə olub. Serbiya liderinin sonuncu səfəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində keçirilən Liderlər Sammitində iştirak məqsədilə gerçəkləşib. Bu çərçivədə o, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə də görüşüb. Biz Prezident İlham Əliyevin bu il ərzində ölkəmizə rəsmi səfər edəcəyini gözləyirik.

- Hər iki dövlətin güclü iqtisadi potensiala malik olduğunu nəzərə alsaq, qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılması üçün hansı işlərin görülməsi zəruridir?

Səfir potensialımızın daha da gücləndirilməsini təklifi edir

- Serbiyanın müvafiq qurumlarının statistikasına əsasən, 2024-cü ildə ölkəmizlə Azərbaycan arasında ticarət dövriyyəsinin ümumi həcmi 500 milyon ABŞ dollarını ötüb. Bu da 2023-cü illə müqayisədə son dərəcə əhəmiyyətli bir artımdır. Həmin göstərici əsasən enerji resurslarının satışı hesabına əldə edilib. Həqiqətən də malik olduğumuz potensialı nəzərə alsaq, bu göstəricinin yaxşılaşdırılması üçün geniş imkanlar mövcuddur. Potensialımızın daha da gücləndirilməsi məqsədilə hər iki tərəfin daha aktiv mövqe sərgiləməsi zəruri əhəmiyyətə malikdir.

- Bu məqamda mən dünya gündəminə toxunmaq istərdim. Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralında start götürsə də, vəziyyət hələ 2014-cü ildən gərginləşməyə başladı. Həmin dövrdən, demək olar ki, dünyanın siyasi oxu dəyişdi. Hazırkı vəziyyət təkcə Avropaya deyil, daha geniş areal üçün ciddi təhdidlər yaradıb. Sizin fikrinizcə, Azərbaycanla Serbiya arasındakı əməkdaşlıq bu şərtlər daxilində qlobal təhlükəsizliyə hansı töhfələri verə bilər?

Serbiya və Azərbaycan qlobal sülh təşəbbüslərində birgə iştirak edə bilər

- Silahlı münaqişələrin nəticələri də daxil olmaqla, qlobal səviyyədə baş verən dəyişikliklər, şübhəsiz ki, təkcə nəhəng və nüfuzlu ölkələrə deyil, Serbiya ilə Azərbaycana da təsirsiz ötüşmür. Hesab edirəm ki, Serbiya və Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, eləcə də çoxtərəfli formatlarda daha sıx və aktiv əməkdaşlıq yolu ilə qlobal sülh təşəbbüslərində birgə iştirak edə bilər. Bundan əlavə, əgər biz enerji təhlükəsizliyi məsələsini kollektiv təhlükəsizliyin vacib aspekti olaraq nəzərdən keçiririksə, hesab edirəm ki, bu sahədəki mövcud əməkdaşlığımız belə bir qeyri-sabit şəraitdə əminliyin formalaşmasına mühüm əhəmiyyət verə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Mart 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri