Icma.az
close
up
RU
Azərbaycan və Serbiya Hökumətləri arasında Birgə Komissiyanın IX iclası və Azərbaycan Serbiya biznes forumu keçirilib

Azərbaycan və Serbiya Hökumətləri arasında Birgə Komissiyanın IX iclası və Azərbaycan Serbiya biznes forumu keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 oktyabr, AZƏRTAC

Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclası və Azərbaycan-Serbiya biznes forumu keçirilib.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasdan əvvəl Azərbaycan nümayəndə heyəti Belqradın Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.

Komissiyanın həmsədrləri – Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç arasında iclasdan əvvəl keçirilən təkbətək görüşdə iki ölkə arasında iqtisadi, ticarət, enerji, nəqliyyat və informasiya texnologiyaları, gömrük, kənd təsərrüfatı, turizm, sosial müdafiə, səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, eləcə də qida təhlükəsizliyi sahələrində əməkdaşlığın mövcud vəziyyəti və yeni imkanlar ətraflı müzakirə olunub, Komissiyanın IX iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən komissiyanın iclasında çıxış edən S.Babayev iki ölkə arasında strateji tərəfdaşlığın qarşılıqlı etimada, dostluğa və hörmətə əsaslandığını vurğulayıb. Nazir qeyd edib ki, prezidentlər İlham Əliyev və Aleksandar Vuçiçin güclü siyasi iradəsi və şəxsi dostluğu Azərbaycan–Serbiya münasibətlərinin möhkəm təməlini formalaşdırır. Onun sözlərinə görə, dövlət başçılarının son illərdəki qarşılıqlı səfərləri və beynəlxalq tədbirlər çərçivəsində görüşləri iki ölkə arasında strateji dialoqun dərinliyini aydın şəkildə nümayiş etdirir. Nazir, həmçinin Serbiya Milli Assambleyasının sədri xanım Ana Brnabiçin Azərbaycana son səfəri ilə möhkəmlənən parlamentlərarası əməkdaşlığın əhəmiyyətini də vurğulayıb.

İqtisadi və ticarət sahəsində əməkdaşlıqdan danışan nazir bildirib ki, Azərbaycanla Serbiya arasında qarşılıqlı ticarət dövriyyəsinin artması, işgüzar missiyaların təşkili və sahibkarlar arasında əlaqələrin genişləndirilməsi iki ölkənin strateji maraqlarına xidmət edir: “Serbiya Cənub-Şərqi Avropada Azərbaycanın mühüm tərəfdaşıdır. Qarşıdakı dövrdə iqtisadi, maliyyə, sənaye, turizm, nəqliyyat və enerji kimi sahələrdə birgə layihələrin reallaşması bu əməkdaşlığı daha da genişləndirəcək”.

Qeyd olunub ki, hazırda Azərbaycanda 9 Serbiya şirkəti fəaliyyət göstərir, Azərbaycanın aparıcı tikinti şirkətləri Serbiyada iri avtomagistral layihələri uğurla həyata keçirir. S.Babayev bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidənqurulmasında Serbiya şirkətlərinin iştirak marağı məmnunluqla qarşılanır və bu sahədə əməkdaşlıq iqtisadi əlaqələri daha da dərinləşdirəcək.

Enerji əməkdaşlığı iki ölkə münasibətlərinin əsas istiqamətlərindən biri kimi komissiyanın iclasında diqqət mərkəzində olub. Qeyd olunub ki, Azərbaycan 2024-cü ilin yanvarından etibarən Serbiyaya təbii qaz tədarükünə başlayıb, indiyədək təxminən 300 milyon kubmetr qaz ixrac olunub. Azərbaycan Respublikası Dövlət Neft Fondu Serbiyada 72,7 milyon dollar həcmində investisiya portfelinə malikdir, həmçinin Niş şəhərində 500 meqavat gücündə kombinə olunmuş qaz-turbin elektrik stansiyasının inşası üzrə SOCAR, EPS və “Srbijagas” şirkətlərinin əməkdaşlığı tərəflərin enerji tərəfdaşlığını yeni mərhələyə daşıyacaq.

Nazir nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsinin hər iki ölkə üçün prioritet olduğunu qeyd edərək, Ermənistan–Azərbaycan sülh prosesi çərçivəsində elan edilmiş və bölgə üçün böyük perspektivlər vəd edən nəqliyyat dəhlizləri və yaşıl enerji dəhlizi kimi yeni təşəbbüslərin əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırıb. Nazir Serbiyanın “EXPO 2027 Belqrad” sərgisinə ev sahibliyi edəcəyinə görə təbriklərini çatdırıb və Azərbaycanın bu sərgidə fəal iştirak edəcəyini bildirib.

Nikola Selakoviç çıxışında Azərbaycanla Serbiya arasında əməkdaşlığın qarşılıqlı hörmət və fayda prinsipləri üzərində qurulduğunu, bu əməkdaşlığın ən strateji sahələri əhatə etdiyini vurğulayıb. O, iki ölkə arasında tikinti, infrastruktur, nəqliyyat, ticarət, kənd təsərrüfatı, enerji, mədəniyyət və turizm kimi sahələrdə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Selakoviç, həmçinin Serbiya və Azərbaycanın suverenlik və ərazi bütövlüyünə hörmətə əsaslanan, dostluq və qarşılıqlı etimada söykənən münasibətlərini bir daha təsdiqləyib, Azərbaycanın Kosovonun birtərəfli qaydada elan olunmuş “müstəqilliyini” tanımadığına və Serbiyaya beynəlxalq təşkilatlar çərçivəsində göstərilən ardıcıl dəstəyə görə minnətdarlığını bildirib. O, ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını və bunun 2013-cü il Strateji Tərəfdaşlıq Bəyannaməsi, 2018-ci il Birgə Fəaliyyət Planı və 2022-ci il Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Anlaşma Memorandumu ilə rəsmiləşdirildiyini qeyd edib. Selakoviç Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının 2025-ci ilin sonuna qədər keçirilməsinə ümid etdiyini də vurğulayıb. Selakoviç 2027-ci ilin may–avqust aylarında Belqradda keçiriləcək “EXPO 2027 Belqrad” sərgisində Azərbaycanı bir daha iştirak etməyə dəvət edib və Azərbaycan Respublikasının bu sərgidə fəal iştirak edəcəyinə əmin olduğunu bildirib.

İclas başa çatdıqdan sonra S.Babayev və N.Selakoviç tərəfindən Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclasının nəticələrinə dair protokol, həmçinin Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Serbiya İnkişaf Agentliyinin Beynəlxalq əməkdaşlıq sektorunun direktoru Nikola Yankoviç tərəfindən Anlaşma Memorandumu çərçivəsində fəaliyyətlərin icrası üzrə Yol Xəritəsi imzalanıb.

Daha sonra həmsədrlər mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Mətbuat konfransı bitdikdən sonra dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə Azərbaycan-Serbiya biznes forumu keçirilib. Forumda Sahil Babayev və Nikola Selakoviç çıxış ediblər.

S.Babayev çıxışında Birgə Komissiyanın IX iclasının nəticələrinin Azərbaycan–Serbiya münasibətlərinin dostluq və strateji tərəfdaşlıq ruhuna uyğun olaraq əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirdiyini bildirib. O, hökumətlərarası dialoqun iki ölkə arasında iqtisadi münasibətlərin dərinləşdirilməsi üçün etibarlı platforma yaratdığını, biznes icmalarının isə bu prosesin əsas hərəkətverici qüvvəsi olduğunu qeyd edib.

Nazir vurğulayıb ki, Azərbaycanın iqtisadi siyasəti şəffaflıq, dayanıqlılıq və diversifikasiya prinsiplərinə əsaslanır. S.Babayev ölkəmizdə biznes mühiti üçün geniş imkanların mövcud olduğunu qeyd edib və xüsusilə Ələt Azad İqtisadi Zonası, həmçinin Asiyanı Avropa ilə birləşdirən Orta Dəhliz layihəsi çərçivəsində formalaşan yeni nəqliyyat və logistika infrastrukturunun investorlar üçün böyük potensial yaratdığını diqqətə çatdırıb. O, Serbiya şirkətlərini Azərbaycanda həyata keçirilən yeni layihələrdə fəal iştirak etməyə, Azərbaycan şirkətlərini isə Serbiya və daha geniş Balkan regionunda əməkdaşlığı genişləndirməyə dəvət edib.

Nazir çıxışının sonunda Azərbaycan və Serbiya arasında dostluq və strateji tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib, forum iştirakçılarına səmərəli müzakirələr və yeni biznes razılaşmalarının əldə olunmasını arzulayıb.

Forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub. AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev biznes forumda çıxış edib.

Biznes forumda ümumilikdə 50-dən artıq şirkət, o cümlədən Azərbaycandan 16 şirkət iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri