Səfirdən Azərbaycan barədə: Bunu heç vaxt unutmayacağıq
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Rusiya-Ukrayna münaqişəsi nəticəsində zərər çəkmiş ukraynalı uşaqlara göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.
Axar.az xəbər verir ki, bu barədə səfir Ukraynanın Xarkov və Xerson vilayətlərindən bir qrup uşağın gəldiyi Bakı hava limanında jurnalistlərə açıqlamasında bildirib.
"Biz ukraynalı uşaqlara göstərilən dəstəyi çox yüksək qiymətləndiririk və Azərbaycan Prezidenti İlham Əliyevə, hökumətə və bütün Azərbaycan xalqına təşəkkür edirik. Bunu heç vaxt unutmayacağıq", - Qusev deyib.
O qeyd edib ki, Azərbaycanın ukraynalı uşaqlar üçün həyata keçirdiyi reabilitasiya proqramı iki ölkənin uşaqlarını, eləcə də ailələri və xalqları birləşdirir:
"Bu, Ukrayna ilə Azərbaycandan olan uşaqları birləşdirən, ailələri və xalqlarımızı birləşdirən çox vacib bir proqramdır. Çox təşəkkürlər, Azərbaycan".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 28 Sentyabr 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















