Səfirlik: ABŞ və Azərbaycan prezidentləri Vaşinqton razılaşmalarına sadiqliklərini bir daha təsdiqləyiblər
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Prezident Donald Tramp və Prezident İlham Əliyev yanvarın 22-də Davosda ABŞ–Azərbaycan münasibətləri və regional sülh məsələlərini müzakirə etmək üçün görüşüblər.
APA xəbər verir ki, bu barədə ABŞ səfirliyinin məlumatında bildilib.
Qeyd edilib ki, tərəflər avqustun 8-də keçirilmiş Sammitdə əldə olunan razılaşmalara sadiqliklərini bir daha təsdiqləyərək ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar.
"Liderlər, həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində əldə edilən irəliləyişləri, eləcə də TRIPP təşəbbüsü sayəsində regional əlaqəliliyin, əməkdaşlığın və ticarətin əhəmiyyətini qeyd ediblər", - məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:Səfirlik: ABŞ Azərbaycan münasibətləri həmişəkindən daha vacibdir
29 Sentyabr 2025 20:21
Səfirlik: ABŞ və Azərbaycan daha təhlükəsiz gələcək üçün çalışır
02 İyun 2025 12:04
Azərbaycan bu ölkədə səfirlik açır
02 İyun 2025 22:54
Azərbaycan Bəhreyndə səfirlik təsis edəcək
03 Sentyabr 2025 14:47
Baxış sayı:50
Bu xəbər 23 Yanvar 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















