Səfirliyin önündəki keçidi parkinqlə səhv salan sürücülər 90KY740 və 90OZ626 VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Paytaxtın Yasamal rayonu Bakıxanov parospektində (Rusiya səfirliyinin qarşısı) qayda pozan sürücülər kameraya düşüb.
Xoşagəlməz mənzərəylə bağlı izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Görüntüdən aydın olduğu kimi, 90-KY-740 dövlət nömrə nişanlı “Dong Feng” markalı və 90-OZ-626 dövlət nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobillərin sürücüləri piyada keçidini zəbt ediblər. Nəticədə ərazidən keçən piyadalar keçiddən istifadə edə bilmədikləri üçün yolun hərəkət hissəsi ilə gediblər.
Qeyd edək ki, qanunvericiliyə görə, piyadalar üçün nəzərdə tutulmuş keçidlərinin üzərində və ona 5 metr yaxın məsafədə dayanmaq qadağandır. Bu xətanı törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 60 manat məbləğində cərimələnə bilərlər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 17 Dekabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















