Səfirliyin önündəki keçidi zəbt edib piyadaların yolunu kəsən sürücü 90PL056 VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Yasamal rayonu Bakıxanov prospektində (Rusiya səfirliyinin qarşısı) dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” adresinə videomaterial göndərib. Belə ki, 90-PL-056 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü maşını piyada keçidinin üzərində park edərək vətəndaşların hərəkətinə əngəl törədib. Görüntüdə keçidin yaxınlığında digər nəqliyyat vasitələrinin də saxlanıldığı əks olunub. Şikayətçi, sözügedən ərazidə mütəmadi olaraq eyni xoşagəlməz mənzərinin hökm sürdüyü bildirib.
Qeyd edək ki, bir müddət öncə də saytımızda bununla bağlı xəbər dərc olunmuşdu.
Xatırladaq ki, qanunvericiliyə görə, piyadalar üçün nəzərdə tutulmuş keçidlərinin üzərində və ona 5 metr yaxın məsafədə dayanmaq qadağandır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 14 Yanvar 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















