Icma.az
close
up
RU
Şəfqət qüdrətli şair

Şəfqət qüdrətli şair

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vəznlər, misralar, qafiyələr, rədiflər onun

əlində çox itaətkar və sözəbaxan idi. Müşfiq

mahir bir sehrbaz

kimi onları istədiyi şəklə sala bilir,

istədiyi kimi onlardan istifadə edirdi…

 Akademik Məmməd Arif

“Müşfiq”- şəfqətli, mərhəmətli deməkdir. Yazımı şəfqətlə başlamağım heç də təsadüfi deyildir. Bəli, Mikayıl Əbdülqədir oğlu İsmayılzadə “Müşfiq” təxəllüsünü götürərkən özünün qəlbən şəfqətli, mərhəmətli ürəyə malik olmasına əsaslanırdı. O, başdan-ayağa şəfqət mücəssəməsi olmaqla, həm də xalqın qəlbində özünə əbədi heykəl qoyan sənətkar idi.

Mikayıl Müşfiq - bu ad hər bir Azərbaycan vətəndaşının, Azərbaycan oxucusunun sevdiyi, əsərlərini dönə - dönə, sevə - sevə oxuduğu, fəxr duyduğu bir şair, sənətkardır. Uzun onilliklər keçib, lakin hər zaman o yad edilir, oxunur, sevilir. Bu onun şair qüdrətindən, şair xoşbəxtliyindən xəbər verir. Əcəba, nədir Müşfiqə olan bu dəyişməyən sevgi? Onun kökündə görəsən nə durur? Bunun bir cavabı var: fitri istedad, sənətə, sözə sevgi, dürüstlük, kişilik-mərdlik, biriya. Mikayıl Müşfiqin şəxsiyyətini, yaradıcılığını təhlil edəndə əmin olursan ki, o, ulu yaradanın bizə-bəşəriyyətə bəxş etdiyi hədiyyəsidir. O, Allah vergisi, seçilmişlərdəndir.

Müşfiq 29 il ömür sürdü. Lakin bu qısa müddətdə on illəri, yüz illəri adlayacaq bir ömür salnaməsi yaratdı. Çoxunun arzusunda olduğu, uzun ömür sürərək nail ola bilmədiyi, daim həsəd apardığı bir yüksək pilləyə – klassik pilləsinə yüksəldi, özünün əbədi imzasını yaddaşlara həkk elədi.

Müşfiq nadir söz sərraflarından idi. O, qaynar bulaq, çağlayan dağ şəlaləsinə bənzəyirdi. O, söz üçün məəttəl qalmaz, kasadlıq çəkməzdi. Onun şeirlərində sözlər mirvari kimi axırdı. O, daim söz axtarışında olaraq yeni obrazlar yaratmaq iqtidarında, qüdrətində idi.

Mahir söz sərrafı olan Müşfiq sözü sanki ram edir, onları mirvari kimi yan-yana düzür, rəqqas kimi oynada bilirdi.

Müşfiqin şeir dili çox axıcı, həzin, ürəyə yatımlı, oxucuya açıq, məhrəm idi. Onun şeirləri oxucusuna təqdim edildiyi andan, insanların qəlbinə nüfuz edir, onları düşündürür, xoş ovqat bəxş edirdi.

O, dünya klassiklərinin, Azərbaycan klassik ədəbiyyatının ənənələrindən məharətlə istifadə edərək, köhnəliklə yeniliyin vəhdətindən müasir ədəbiyyatımızın tələblərinə uyğun bənzərsiz sənət nümunələri yaratmışdır. Əsərlərində bənzərsizlik, üslub xüsusi diqqət çəkirdi. Ədibin əsərləri uşaqdan tutmuş böyüklərə, ixtiyarlara qədər bütün təbəqələri əhatə edirdi. O, hamının sevgisini qazanmışdı.

Bu gün də onun şeirlərini oxuyanda yeni mənaları, yeni çalarları, sətiraltı mesajlarını, çağırışlarını sezməmək mümkün deyildir. Onun şeirlərində vətənpərvərlik, lirizm də, bəşəri hiss və duyğular da var, torpağa, anaya, övlada, millətə, həyata sevgi də vardır. Uşaqların mənəvi, iç dünyasına yaxından bələd olan həyatsevər şairin uşaqlara həsr olunmuş şeirləri də var, özünün də gənclik eşqi ilə alovlanıb yandığı, mənsub olduğu gənclərə, onların sevgi dünyalarına ünvanlanan romantik şeirləri də vardır. Şux, axıcı qəzəlləri, sinəzən tərzdə yazdığı şerləri də var, gözəl, yaddaqalan poemaları da vardır. Başqa sözlə, şeirlərinin hər biri bir ümmandır, bir xəzinədir. Onların sehrinə düşmək isə özgə bir xoşbəxtlikdir.

Şeirlərinin əksəriyyəti ölməz mahnılara çevrilib. Bu, təsadüfi deyildir. Çünki, Müşfiqin genində, qanında musiqi mayası var idi. Həssas musiqi duyumuna malik olan Müşfiq pianoda, tarda gözəl ifalar edərdi. Sanki, şeirlərini özünün ifa etdiyi musiqi təranələrinin müşayiəti ilə yazırdı. Təbii ki, bu şeirlər asanca mahnıya çevrilirdi, könül oxşayırdı. O, həmçinin, əsərlərində ayrı-ayrı musiqi alətlərini də vəsf edirdi.

Tar, saz alətləri isə bu sırada xüsusi əhəmiyyət kəsb edirdi. Bu alətlərə qanlı Sovet rejimi tərəfindən qadağa qoyulduğu bir vaxtda Müşfiq ölümünü gözünün qarşısına alaraq bu alətlərin müdafiəsinə qalxdı, rejimə üsyan etdi:

Oxu, tar, oxu, tar
Səsindən ən lətif şeirlər dinləyim
Oxu, tar, bir qədər
Nəğməni su kimi alışan ruhuma çiləyim

Oxu, tar
Oxu, tar
Səni kim unudar?
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti.

Müşfiq ustad sənətkar, istedadlı qələm sahibi, söz sərrafı, şair-tərcüməçi idi. Sevilən pedaqoq kimi şagirdlərinin və müəllim heyətinin sevimlisi idi. Bütün bunlarla yanaşı, o, sözün əsl mənasında sədaqətli, vəfalı, sabit qədəm dost idi. Ustadlarına, müəllimlərinə hörmətlə yanaşar, onların yanından ayrılmazdı. O, bütün şair və yazıçılarla səmimi münasibət qurar, ünsiyyətdə olardı. Lakin, Azərbaycan ədəbiyyatında mövcud olmuş Cavid- Cavad-Müşfiq dostluğu isə sarsılmaz dostluğun bariz nümunəsi idi. Həsəd aparılası, üçünü də, belə demək mümkünsə, məhvə aparan monolit dostluq. Ölümünə imza atmaqla,
 Müşfiq heç bir zaman dostlarına arxa çevirmədi, onlara xəyanət etmədi, onları satmadı. Bu, onun kişilik, mərdlik mücəssƏməsi olmasından xəbər verirdi.

Müşfiq heç bir zaman sənətdə konyukturanı sevməzdi. Sənətə təsadüfi gələnləri qəbul etməzdi. Bunu onun şeirlərində apaydın görmək mümkündür:

Şairə ilhamdan maya gərəkdir,

Anasız çocuğa daya gərəkdir.

Şairəm söyləyir yerindən duran

 Adamın üzündə haya gərəkdir.

Bəli, Mikayıl Müşfiq gənc yaşında, qarlı, şaxtalı bir qış günündə- 1938-ci il yanvarın 6-da qətlə yetirildi. Əsərlərinə qadağa qoyuldu. Əksəriyyəti məhv edildi. Sağlığında on, ölümündən sonra on birinci “Çağlayan” kitabı işıq üzü gördü.

Bədxahları elə bildi ki, onu fiziki aradan qaldırmaqla, ədibi Azərbaycan ədəbiyyatı tarixindən, xalqın yaddaşından silə biləcəklər. Lakin yanıldılar. Özləri tarixin zibilliklərinə tullandılar. Lakin Müşfiq ölümü ilə ölümsüzlük qazandı, xalqın ürəyində əbədi heykəlini ucaltdı, ədəbiyyat tariximizdə sönməz əbədi məşələ çevrildi. Alovlu şair kimi könüllərə işıq saçdı, onları sevgiyə, ülviyyətə, şəfqətə, mərhəmətə, xoş gələcəyə səslənən qiymətli sənət inciləri yaratmaqla, klassik kimi Azərbaycan ədəbiyyatı tarixində özünün cığırını açdı, özünün ölməz, uca heykəlini ucaltdı, əbədi sönməz məşələ çevrildi:

Mənim könlüm deyir ki,

Hələ bunlar nədir ki...

Böyük günlər, şanlı günlər, şən günlər,

Yoluna düşən günlər

Hələ qarşımızdadır!

Fiziki olaraq, bizi Müşfiqdən xeyli zaman ayırır. Lakin, bu zaman bizi həm də Müşfiqə yaxınlaşdırır,  sanki Müşfiq hər gün Günəş kimi doğur. Zaman nə olursa, olsun Müşfiq xatırlanır, anılır, sevilir. Deməli, o əbədiyaşardır. Heç bir zaman qocalmayan, yaddaşlarda 29 yaşlı yaraşıqlı, həyatsevər, gülərüz, şəfqət ürəkli, şəfqət qüdrətli bir gənc kimi qalacaq klassik şairimiz Müşfiq,     ruhun şad olsun! Özün də dediyin kimi bəxtiyar şairsən, bu bəxtiyarlıq sənin xalqına, millətinə, vətəninə, dövlətinə, sənətinə olan sonsuz sevginin, məhəbbətin təzahürüdür. Solmaz, təravətli bahar kimi:

              Həyatdan doymayan, işdən doymayan,
              Əfsanə sözlərə məhəl qoymayan,
              Könlünü, gözünü verib işinə,
              Baxıb həyatının yüksəlişinə,
              Xalqilə titrəyən, xalqilə gülən,
              Vətənçin yaşayan, vətənçin ölən
               Səmimi bir insan nə bəxtiyardır!

Qafar Əsgərzadə

Əməkdar jurnalist, pedaqogika

üzrə fəlsəfə doktoru, dosent

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Yanvar 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri