Səhər İsmayılova: Yeni doğulmuş uşaqlara talassemiya diaqnozunun qoyulması halları azalıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 5 sentyabr, AZƏRTAC
Talassemiya ilə mübarizənin mühüm istiqamətlərindən biri daşıyıcıların aşkarlanmasıdır. 2015-ci ildən etibarən bütün yeni evlənən cütlüklər talassemiya üçün məcburi müayinədən keçirilir. Hər il 120 min nəfər yoxlanılır və onların 4 faizində daşıyıcılıq müəyyən olunur.
Bunu AZƏRTAC-a müsahibəsində Talassemiya Mərkəzinin baş həkimi Səhər İsmayılova deyib.
O qeyd edib ki, əgər iki daşıyıcı bir-biri ilə evlənərsə, doğulacaq uşağın talassemiya xəstəsi olma ehtimalı 25 faizdir. Bu səbəbdən həmin cütlüklər xüsusi nəzarətə götürülür, onlarla genetik konsultasiyalar keçirilir və prenatal diaqnostika aparılır. “Keçən il 85 talassemiya daşıyıcısı hamilə qadında prenatal müayinələr aparılıb, onlardan 22-də xəstə döl aşkar edilib. Erkən diaqnostika ailəyə vaxtında düzgün qərar verməyə imkan yaradır. Təəssüf ki, yeni doğulmuş uşaqlar arasında talassemiya diaqnozu qoyulma halları da mövcuddur. Ancaq əvvəlki illərlə müqayisədə bu rəqəmdə ciddi azalma müşahidə edilir. Tədbirlərimizin məqsədi bu rəqəmləri sıfra endirməkdir. Bildiyiniz kimi, ölkəmizdə bu ildən etibarən qohumlararası nikahlar qadağan olunub və düşünürəm ki, bundan sonra irsi genetik xəstəliklərin sayı azalacaq”, - deyə baş həkim əlavə edib.
Ölkəmizdə talassemiya ilə mübarizə sahəsində görülən işlər və hədəflərlə AZƏRTAC-ın Səhiyyə Nazirliyinin Talassemiya Mərkəzindən hazırladığı reportajdan daha ətraflı məlumat ala bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 05 Sentyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















