“Şəhərdən Kəndə” layihəsi çərçivəsində infotur təşkil olunub FOTOLAR
Icma.az, Modern.az saytına istinadən bildirir.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində növbəti infotur təşkil olunub. Şabran və Quba rayonlarına təşkil olunan infoturda 19 turizm şirkətinin nümayəndəsi iştirak edib.
Modern.az xəbər verir ki, infoturun ilk dayanacağı "Şabran Aqroturizm Mərkəzi" olub. İştirakçılar təsərrüfatın fəaliyyəti ilə tanış olub, göstərilən xidmətlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat alıblar.
Səfərin növbəti dayanacağı Quba rayonunun İkinci Nügədi kəndində yerləşən “Kənd inn” təsərrüfatı olub. Turizm şirkətlərinin nümayəndələri təsərrüfat sahəsini gəzib, yaradılan imkanlarla tanış olublar. Qonaqlar sonda mövsümi meyvələrin yığımında iştirak edib, təsərrüfatda hazırlanan yerli mətbəxin təamları ilə tanış olublar.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin əsas məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalları, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır. Layihə çərçivəsində bugünədək yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 391 təsərrüfat sahibi iştirak edib. Həmçinin turizm potensialının artırılması məqsədilə 26 təsərrüfata müxtəlif istiqamətlər üzrə dəstəklər göstərilib.
Bu cür tədbirlər regionların iqtisadi inkişafına töhfə verməklə yanaşı, aqroturizmin populyarlaşmasını və Azərbaycanın turizm sektorunun dayanıqlı inkişafını təmin edir.
 
 
 
 
 
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:93
Baxış sayı:93 Bu xəbər 10 Dekabr 2024 17:58 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 10 Dekabr 2024 17:58 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















