Icma.az
close
up
RU
“Şəhərdən kəndə səyyar intellekt marafonu”nun qalibi “İstiqlal” komandası olub

“Şəhərdən kəndə səyyar intellekt marafonu”nun qalibi “İstiqlal” komandası olub

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsinədə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Şəhərdən kəndə-səyyar intellekt marafonu” layihəsinin final mərhələsi keçirilib. 

"Cebheinfo.az" xəbər verir ki, Quba rayonunun 8 müxtəlif kənd və qəsəbə zonasında yeniyetmə və gənlərin iştirakı ilə intellektual oyunların keçirilməsini nəzərdə tutan layihənin final mərhələsinin tədbiri Quba rayonu Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbində təşkil edilib.

Final mərhələsində Rustov kəndininin “Zəfər”, Çiçi kəndinin “Qartallar”, Dağlı kəndinin “Ekipaj”, Küpçal kəndinin “Zəfər” , Susay kəndinin “Susay”, Digah kəndinin “Uğur”, Qımılqışlaq kəndinin “Qımılqışlaq”, Əliməmmədoba kəndinin “Ultimatum”, İkinci Nügədi kəndinin “Azman”, Birinci Nügədi kəndinin “İntellekt”, İsnovqışlaq kəndinin “Zirvə”, Mirzəqışlaq kəndinin “Zəka”, Zərdabi qəsəbəsinin “İstiqlal”, Barlı qəsəbəsinin “Viktoriya”, Alekseyevka kəndinin “RT-Team” və Quba şəhərinin “İntellekt” komandaları tərkibində 80 nəfər yeniyetmə və gənc iştirak edib.

Rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov qeyd edib ki, yarışın keçirilməsində əsas məqsəd Azərbaycan coğrafiyasının, flora və faunasının, tarixinin, ədəbiyyatının, mədəniyyət və incəsənətinin, tarixi şəxsiyyətlərinin, mədəniyyət və incəsənət xadimlərinin təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin  olunmasıdır.

Tədbirdə çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasiyev bu yarışın yeniyetmə və gənclərin təhsilə, oxuyub-öyrənməyə marağının artırılmasında, vətənpərvərlik tərbiyəsinin yükəldilməsində, Vətənimizin təbliğində böyük əhəmiyyəti olduğunu qeyd edərək təşkilatçılara belə tədbirlərin təşkil edilməsinə görə minnətdarlığını bildirib. Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin gənclər sektorunun müdiri Mənsur Ağayev öz çıxışında gənclər və idman nazirliyinin bu kimi layihələrə daim dəstək verdiyini və bu cür tədbirlərin gənc nəslin məntiqi təfəkkürünün inkişaf etdirilməsində, ünsiyyət bacarıqlarının, komandada işləmə qabiliyyətinin inkişaf etdirilməsində müstəsna əhəmiyyət daşıdığını qeyd edib. 

Rəsmi hissədən sonra keçirilən Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə final mərhələsində Quba rayonunun Zərdabi kəndini təmsil edən “İstiqlal” komandası qalib adını qazanıb. Küpçal kəndinin “Zəfər” komandası ikinci, Susay kəndinin eyniadlı komandası isə üçüncü yeri tutub. Yekunda qalib və mükafatçılar kitab hədiyyələri, diplom, medal və kubokla təltif olunublar. 

Qeyd edək ki, layihə çərçivəsndə Quba rayonunun 8 müxtəlif kənd və qəsəbə zonasında keçirilən intelektual yarışlarda ümumilikdə, Quba rayonunun 72 kənd və qəsəbəsində yaşayan və təhsil alan 442 nəfər yeniyetmə və gənc iştirak edərək bəhrələnib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Dekabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri