Icma.az
close
up
RU
Səhərlər ac qalmaq sümükləri əridir

Səhərlər ac qalmaq sümükləri əridir

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Səhər yeməyindən imtina sağlamlıq üçün həddindən artıq zərərlidir.

Milli.Az xəbər verir ki, Yaponiyanın Nara Tibb Universitetinin alimləri 927 min nəfər arasında apardıqları araşdırmada müəyyən ediblər ki, səhər yeməyini ötürmək və ya gec nahar etmək sümükləri kövrəldir.

Nəticələr "Journal of the Endocrine Society" jurnalında dərc olunub.

Osteoporoz sümüklərin kövrəkləşməsi ilə müşayiət olunan xroniki xəstəlikdir. Ənənəvi olaraq bu xəstəliyin əsas risk amilləri az fiziki fəallıq, siqaret çəkmə və alkoqollu içkilərdən sui-istifadə hesab edilirdi. Lakin yeni araşdırma göstərib ki, qida rejiminin pozulması da sümük toxumasının zəifləməsi ilə bağlıdır.

Mütəxəssislərin sözlərinə görə, səhər yeməyini buraxan və gec yemək yeyənlərdə çox vaxt digər zərərli vərdişlər də müşahidə olunur - az hərəkətlilik, siqaret çəkmə və yuxu çatışmazlığı. Bu faktorlar birlikdə bud, ön qol, onurğa və çiyin sınıqlarının ehtimalını artırır.

Alimlər vurğulayıblar ki, osteoporozun qarşısını almaq üçün yalnız kalsium və digər faydalı maddələrlə zəngin qidaları qəbul etmək kifayət deyil, eyni zamanda sağlam gündəlik rejimə və düzgün qidalanma vərdişlərinə əməl etmək vacibdir. Bu yanaşma sümüklərin möhkəmliyini qorumağa və yaşla bağlı sınıq riskini azaltmağa kömək edə bilər.

İyulun əvvəlində aparılan başqa bir araşdırmada isə məlum olub ki, səhər yeməyindən imtina edən gənclərdə depressiya əlamətləri daha çox müşahidə olunur və diqqəti toplama qabiliyyəti zəifləyir.

İsmayıl
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Sentyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see414

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see327

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see322

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see261

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see257

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see229

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see200

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see198

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see197

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see188

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see180

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see179

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see177

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see175

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see169

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see164

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see162

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see161

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see158

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri