Icma.az
close
up
RU
Şəhərsalma Forumunda mühüm sənəd qəbul olunacaq BMT rəsmisi

Şəhərsalma Forumunda mühüm sənəd qəbul olunacaq BMT rəsmisi

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ümumdünya Şəhərsalma Forumu yalnız müzakirə platforması deyil, həm də transformativ şəhər dəyişikliklərini irəli aparmağa yönəlmiş qlobal koalisiyanı bir araya gətirən fəaliyyət platforması kimi təqdim olunur.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mətbuat konfransında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib. 

O qeyd edib ki, WUF13 dialoqdan real icraya keçidi təmin etmək üçün strukturlaşdırılmış məkan rolunu oynayır. 

“Forum çərçivəsində altı yüksəksəviyyəli dialoq, tərəfdaşların təşkil etdiyi 370-dən çox tədbir, həmçinin 130-dan artıq sərgini əhatə edən qlobal urbanizasiya sərgisi keçirilir.

Builki forum çərçivəsində öyrənməni sürətləndirmək və həlləri genişləndirmək məqsədilə yeni təşəbbüslər – “Practices Hub”, “WUF Academy”, eləcə də startap pavilyonunu özündə birləşdirən “Business and Innovation Hub” istifadəyə verilib. Bu platformalar mənzil və şəhər inkişafı zəncirində sınaqdan keçirilmiş innovasiyaları, bacarıqların inkişafını və bazara hazır həlləri bir araya gətirir”.

BMT rəsmisi həmçinin vurğulayıb ki, WUF13 siyasi iştirakçılığı da gücləndirir:

“Bu çərçivədə keçiriləcək nazirlər dialoqu Yeni Şəhər Gündəliyinin növbəti mərhələsinin formalaşdırılmasına töhfə verəcək.

Forum siyasət dialoqu, innovasiya, potensialın gücləndirilməsi və siyasi iştirakçılığı birləşdirərək qlobal icra platformasına çevrilir”

O eyni zamanda bildirib ki, yollarının çatışmazlığı yoxdur:

“Əsas problem onların tətbiqinin sürəti və miqyasıdır. Dünyanın müxtəlif şəhərlərində qeyri-formal yaşayış məntəqələrinin yenilənməsi, xidmətlərin genişləndirilməsi və iqlim dayanıqlığının artırılması istiqamətində artıq praktik həllər tətbiq olunur. Bununla yanaşı, innovasiyaların böyük hissəsinin məhdud resurslarla və çətin şəraitdə yerli səviyyədə həyata keçirilib”.

A.Rossbax şəhərlərin və icmaların gücləndirilməsinin qlobal məqsədlərə nail olmaq baxımından vacib olduğunu da nəzərə çatdırıb.

“Müasir urbanizasiya çağırışlarının miqyası və mürəkkəbliyi fonunda heç bir tərəf bu problemləri təkbaşına həll edə bilməz və tərəfdaşlıqlar əsas rol oynamaqda davam edir”.

Onun sözlərinə görə, WUF13 dialoqdan icraya, öhdəliklərdən konkret fəaliyyətə keçid üçün mühüm mərhələdir:

“Forum “Bakı Fəaliyyətə Çağırışı” sənədi ilə yekunlaşacaq. Bu sənəd inklüziv, dayanıqlı və davamlı şəhərlərin inkişafının sürətləndirilməsi istiqamətində ortaq baxışı və kollektiv öhdəliyi əks etdirəcək. Təcili fəaliyyətə ehtiyac olduğu aydındır. Lazımi bilik mövcuddur, həll yolları isə əlçatandır. Hazırda əsas ehtiyac inklüziv, dayanıqlı və davamlı şəhərlər vədinin hamı üçün reallığa çevrilməsi istiqamətində birgə qətiyyətin nümayiş etdirilməsidir”, - BMT rəsmisi fikrini tamamlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 May 2026 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri