Icma.az
close
up
RU
Şəhərsalmada əsas meyar insanın sağlamlığı və həyat keyfiyyətidir ŞƏRH

Şəhərsalmada əsas meyar insanın sağlamlığı və həyat keyfiyyətidir ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 30 aprel, AZƏRTAC

Dünya dəyişir, şəhərlər böyüyür, amma əsas məsələ - insanın necə və hansı şəraitdə yaşaması eyni qalır. Bu reallıq fonunda bu ilin may ayında Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası - WUF13 qlobal şəhərsalmada yeni mərhələnin başlanğıcı kimi diqqət mərkəzinə çıxır. Burada müzakirə olunan yanaşmalar və qəbul edilən istiqamətlər təkcə nəzəri çərçivə yaratmır, milyonlarla insanın gündəlik həyatına birbaşa təsir edən qərarların əsasını formalaşdırır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım səsləndirib.

Onun sözlərinə görə, bu gün şəhərsalma anlayışı köklü şəkildə dəyişir. Artıq məsələ tikinti tempində və ya infrastrukturun genişliyində ölçülmür. Əsas meyar insanın sağlamlığı, rahatlığı və sosial rifahıdır. Sağlam ev anlayışı da məhz bu baxımdan yeni məna qazanır. Ev insan üçün yaşayış sahəsi olmaqla yanaşı, onun fiziki və psixoloji vəziyyətini müəyyən edən əsas mühit kimi qəbul olunur. Gün işığı, təmiz hava, təhlükəsiz məkan və sosial mühit bu anlayışın ayrılmaz hissəsinə çevrilib.

“Azərbaycanda həyata keçirilən şəhərsalma siyasəti də bu qlobal çağırışlara uyğun şəkildə inkişaf edir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən son illərdə icra olunan layihələr şəhər məkanının keyfiyyət mərhələsinə keçdiyini açıq şəkildə göstərir. Komitə tərəfindən həyata keçirilən islahatlar şəhərsalma sahəsində yeni institusional mərhələ formalaşdırıb. Ərazi planlaşdırılması üzrə vahid yanaşmanın tətbiqi, baş planların hazırlanması və təsdiqi prosesinin sistemləşdirilməsi, tikinti sahəsində şəffaflığın artırılması, həmçinin yeni normativ-hüquqi bazanın formalaşdırılması bu sahədə keyfiyyətli dönüş yaradıb. Qəbul edilən yeni qaydalar və qanunvericilik təşəbbüsləri şəhərsalmanı daha çevik, nəzarətli və müasir tələblərə uyğun şəkildə inkişaf etdirir, eyni zamanda, investorlar üçün daha aydın və etibarlı mühit yaradır. Bu islahatlar nəticəsində şəhərsalma prosesi təkcə tikinti fəaliyyəti kimi yox, kompleks inkişaf strategiyasının əsas sütunlarından biri kimi möhkəmlənib”, - deyə F.Yıldırım vurğulayıb.

Deputat xüsusilə qeyd edib ki, yeni yaşayış komplekslərinin planlaşdırılmasında sağlam mühitin formalaşdırılması, yaşıllıq zonalarının genişləndirilməsi, sosial infrastrukturun əlçatanlığı və şəhər balansının qorunması əsas prioritet kimi çıxış edir. Bu yanaşma artıq paytaxt Bakı ilə yanaşı, regionlarda da sistemli şəkildə tətbiq olunur. Bu kontekstdə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri müasir şəhərsalmanın ən qabaqcıl nümunələrindən biri kimi çıxış edir. Ağalı kəndi, Füzuli və Zəngilan şəhərləri bu gün artıq yeni yanaşmanın real təcəssümüdür. Bu ərazilərdə qurulan yaşayış məntəqələri ağıllı idarəetmə sistemləri, alternativ və bərpaolunan enerji mənbələri, ekoloji tarazlığın qorunması, geniş yaşıl zonalar və açıq ictimai məkanlar kimi prinsiplər əsasında formalaşdırılır. Burada şəhər yalnız tikililər toplusu kimi formalaşmır, eyni zamanda, həyat keyfiyyətini təmin edən kompleks mühit kimi inkişaf edir.

“Aprelin 29-da “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev tərəfindən səsləndirilən fikirlər də bu sahədə aparılan siyasətin davamlı və strateji xarakter daşıdığını bir daha göstərdi. Çıxışda şəhərsalma prosesində özəl sektorun rolunun artırılması, investisiya mühitinin genişləndirilməsi, yeni yaşayış zonalarında biznes imkanlarının yaradılması, uzunmüddətli planlaşdırma və inteqrasiya olunmuş yanaşma ön plana çəkildi. Bu yanaşma şəhərlərin inkişafını daha çevik, iqtisadi baxımdan dayanıqlı və sosial baxımdan balanslı edir. Buna görə də hesab edirəm ki, Bakıda keçiriləcək WUF13 çərçivəsində müzakirə olunan əsas istiqamətlər inklüziv mənzil siyasəti, iqlimə davamlı şəhərlər, sosial bərabərlik və insan mərkəzli planlaşdırma Azərbaycanın həyata keçirdiyi inkişaf modeli ilə üst-üstə düşür. Bu uyğunluq isə onu göstərir ki, ölkədə aparılan şəhərsalma siyasəti qlobal trendlərlə paralel şəkildə formalaşır və bir çox hallarda qabaqcıl nümunə kimi çıxış edir”, - deyə Fatma Yıldırım əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri