Icma.az
close
up
RU
Fikrət Cəfərov: Şəhərsalmada əsas problem nəqliyyat sıxlığıdır

Fikrət Cəfərov: Şəhərsalmada əsas problem nəqliyyat sıxlığıdır

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Şəhərsalmada əsas məqsəd insanlara rahat və funksional yaşayış mühiti yaratmaqdır. Şəhərin müxtəlif hissələrində yaşayış kompleksləri salınmalı, həmin ərazilərdə insanların gündəlik ehtiyaclarını qarşılayan bütün imkanlar təmin edilməlidir. Yaşayış məntəqələrində mağazalar, idman zalları, sağlamlıq mərkəzləri, internet və digər xidmətlər əlçatan olmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Davamlı İnkişaf Cəmiyyəti” ictimai birliyinin sədri Fikrət Cəfərov Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20.02.2026-cı il tarixli, 130/Ü nömrəli əmri ilə təsdiq olunmuş İş Planı çərçivəsində keçirilən “Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativ və məhdudiyyətlər” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.

Sədr bildirib ki, hazırda Azərbaycanın, xüsusilə də Bakının əsas problemlərindən biri yol-nəqliyyat infrastrukturudur. Onun sözlərinə görə, şəhərin mərkəzi hissəsi həddindən artıq yüklənib və demək olar ki, bir çox istiqamətə hərəkət üçün mərkəzdən keçmək zərurəti yaranır. Bu isə davamlı tıxaclara səbəb olur:

“İstər şimal istiqamətindən, istərsə də şərq tərəfdən şəhərə daxil olarkən eyni problem yaşanır — nəqliyyat sıxlığı və uzunmüddətli tıxaclar.

Məsələn, Abşeronda, xüsusilə Xırdalan ərazisində iri yaşayış massivləri salınıb. İnsanlar yaşayır, binalar müasirdir və yaşayış şəraiti qənaətbəxşdir. Lakin səhər saat 07:00-dan 09:00-a, axşam isə 17:00-dan 21:00-a qədər Xırdalandan keçmək demək olar ki, mümkünsüz olur. İnsanlar evə çatmaq üçün ən azı bir saat yarım, bəzən isə iki saat vaxt itirirlər”.

Fikrət Cəfərov vurğulayıb ki, həmin vaxt insanlar işdən çıxaraq rahat şəkildə evlərinə gedib dincəlməlidirlər. Əvəzində isə uzunmüddətli tıxaclar insanlarda yorğunluq və əsəb gərginliyi yaradır:

“Beton yol istiqamətində də vəziyyət oxşardır. Orada üzbəüz yerləşən iri yaşayış kompleksləri — ‘Mayak’ yaşayış kompleksi və sosial yaşayış binaları tikilib. Minlərlə insan həmin ərazidə yaşayır. Səhər və axşam saatlarında isə bu yoldan keçmək ciddi problemə çevrilir. Şəhərə çatana qədər bir neçə nöqtədə tıxac yaranır.

Əgər bir yaşayış massivində 10 min nəfər yaşayırsa, onların ən azı 3-4 mini hər gün işə gedib-gəlir. Bu isə mövcud yol infrastrukturu üçün əlavə yük deməkdir”.

Qeyd olunub ki, problem yalnız Abşeron və Xırdalanla məhdudlaşmır. Gələcəkdə Sumqayıt və digər ətraf ərazilərdə də oxşar vəziyyət yarana bilər. Buna görə də şəhərsalmada ən vacib məsələlərdən biri yol və nəqliyyat infrastrukturunun düzgün planlaşdırılması hesab olunur.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 May 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri