Icma.az
close
up
RU
Şəhid anası evlə bağlı müraciət etdi 5 ildir, növbədə imiş

Şəhid anası evlə bağlı müraciət etdi 5 ildir, növbədə imiş

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi Sərxan Həsənovun anası Samirə Həsənovanın evlə bağlı müraciəti yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, Tovuzun Əlibəyli kənd sakini olan şəhid anası müraciətində ona digər uşaqları ilə birgə yaşamağa ev verilməsini istəyib. 

“Oğlum vətən uğrunda il yarım əsgərlik çəkdi, sonra da iki il vətəninə qulluq elədi. 44 günlük müharibədə şəhid oldu. Evin tək oğlu idi. İndi də onun adını daşıyan balaca Sərxanım var. İstəyirəm ki, onu o evin içində böyüdəm. Evlə təmin olunmağımı istəyirəm. Sərxanla və digər övladlarımla birgə həmin evdə yaşamaq istəyirəm”, - şəhid anası qeyd edib.

Problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Şəhidimiz Sərxan Habil oğlu Həsənovun anası Samirə Həsənova 22 fevral 2021-ci il tarixində Tovuz Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülüb. Vətəndaşın mənzil təminatı məsələsinə qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında baxılacaq”.

Qeyd edək ki, Sərxan Habil oğlu Həsənov 2017-ci ildə hərbi xidmətə çağırılıb. 2019-cu ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib. 2020-ci il sentyabrın 27-də 21 yaşında Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.

2022-ci ildə şəhidin qardaşı dünyaya gəlib və ona Sərxan adı verilib. 

Gülnar Əliyeva

Fotoda: Şəhid Sərxan Həsənov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 İyun 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri