Icma.az
close
up
RU
Şəhid ailəsinə niyə 5 ildir ev verilmir?

Şəhid ailəsinə niyə 5 ildir ev verilmir?

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Artıq 5 il keçib, şəhid ailəsi kimi hələ də mənzillə təmin olunmamışıq”. 

Bu barədə “Qafqazinfo”ya İkinci Qarabağ müharibəsində şəhid olmuş Hüseyn Quliyevin anası, Gəncə şəhər sakini Gülxar Quliyeva müraciət edib. 

O bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin 27 yanvar 2021-ci il tarixli, 8 nömrəli Sərəncamı ilə şəhidin atası Quliyev Həsən Sabir oğlu rəsmi qaydada yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qeydiyyata alınıb: “Həmin tarixdən 5 il müddət keçməsinə baxmayaraq, mənzillə təmin edilməmişik. Hazırda yaşadığımız evin şəraiti də çox aşağıdır. Bu bizə çətinlik yaradır. Demək olar ki, ətrafımızdakı bütün şəhid ailələri evlə təmin edilib. Ancaq bizə verilməyib, məsələ problem olaraq qalır”. 

Şəhid anası qeyd edib ki, həyat yoldaşı Həsən Quliyev ağır yataq xəstəsidir: “Buna görə onun daimi qulluğa ehtiyacı var. Mövcud yaşayış şəraitimiz isə onun səhhəti üçün ciddi risklər yaradır”.

Gülxar ana, həmçinin əlavə edib ki, onlar məsələ ilə əlaqədar aidiyyəti qurumlara dəfələrlə müraciət edib: “Bizə qurumlardan gələn cavab budur: “Növbəli şəkildə evlə təmin olunacaqsınız”. Lakin təqdim edilmiş cavab bizi qane etmir. Bu məsələ konkret müddət göstərilməklə icra edilsin və təxirə salınmasın. Bilirik ki, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilir. Müvafiq qurumlardan çətin şəraitdə yaşamağımızı nəzərə almaqla, məsələnin tez bir zamanda həll olunmasını istəyirik”. 

Şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, vətəndaşın Agentliyə təqdim etdiyi sənədlərə baxılıb və Gəncə şəhərində birotaqlı mənzillə təmin edilməsi nəzərdə tutulub: “Şəhidimizin atası Həsən Quliyev Gəncə Şəhər İcra Hakimiyyətinin 7 yanvar 2021-ci il tarixli sərəncamı ilə ailə tərkibi 2 nəfər olmaqla, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində qeydiyyata alınıb. Nazirliyin balansında Gəncə şəhəri üzrə birotaqlı mənzillər olmadığı üçün Həsən Quliyevin mənzil təminatının həyata keçirilməsi mümkün olmayıb. Vətəndaşımızın mənzil təminatı məsələsinə növbəlilik qaydasında baxılacaq”. 

Agentliyin cavabında eyni zamanda vurğulanıb ki, şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 7.2 min, ümumən ötən dövrdə 16 mindən çox mənzil təqdim edilib. Əlilliyi olan şəxslərə isə postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə 7.7 min avtomobil təqdim edilib. Bu sahədə işlər 2026-ci ildə də davam etdiriləcək. 

Xatırladaq ki, “Qafqazinfo” olaraq 21 yaşlı şəhidimizin ailəsi ilə 6 il əvvəl reportaj hazırlamışdıq. Hüseyn 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezidentin Sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətlərə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Fidan Etibar 





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Fevral 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri