Icma.az
close
up
RU
Şəhid anası və qazilər ayaqüstə, icra başçısı isə... FOTOFAKT

Şəhid anası və qazilər ayaqüstə, icra başçısı isə... FOTOFAKT

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rayon İcra Hakimiyyəti başçıları mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirir. 

Bu görüşlərin məqsədi vətəndaşların problemlərinin dinlənilməsi, onların həlli istiqamətində müvafiq tapşırıqlar verilməsidir.

Ancaq təəssüf ki, bəzi icra başçıları, yüksək vəzifəli məmurlar belə görüşlər, qəbullar zamanı adi etik qaydalarına əməl etmirlər. Bu azmış kimi, icra başçısı ilə vətəndaş arasında olan uçurumu açıq-aşkar göstərməkdən də çəkinmirlər.

Məsələn, bu gün Ağdamın icra başçısı Vaqif Həsənov vətəndaşlarla görüş keçirib. Tədbirdən çəkilən fotolar Ağdam RİH-in rəsmi səhifəsində yayımlanıb.

Görüş zamanı Vaqif Həsənov kreslosunda əyləşib. Amma sinəsindən iki şəhidin şəklini asan yaşlı qadın problemini icra başçısına ayaq üstə deyib. Olmazdımı ki, həm şəhidlərə, həm də yaşlı qadına ehtiram əlaməti olaraq, ondan problemini əyləşərək deməsini istəsin? Digər bir fotoda və ya başqa görüşlərdə tədbirə əsa ilə gələn Qarabağ qaziləri də analoji halla üzləşib. İcra başçısı ayaq üstə dayanmaqda çətinlik çəkən qazilərə nəzakət xətrinə “əyləşin” deyə bilmir. Onların problemini bu formada dinləyib, həll edib-etmədiyi isə sual olaraq qalır.

Görüşə gələn digər vətəndaşları, gəncləri ayaq üstə saxlayaraq dinləməyi başa düşmək olar. Amma xüsusi kateqoriyadan olan insanlara nəzakətlə davranmaq lazımdır. Axı ortada Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva nümunələri var. Ölkə rəhbərliyi vətəndaşlarla görüşündə onları bağrına basırsa, xüsusi diqqətlə yanaşırsa, səmimi münasibət sərgiləyirsə, bəs, icra başçısı niyə belə davranır? Görünür, Vaqif Həsənov ayaqda alqışlamalı olduğumuz insanları ayaqda saxladığının fərqində belə deyil. Çünki daha öncəki görüşlərdə də eyni hallar yaşanıb...

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri