Icma.az
close
up
RU
Şəhid atası: Tarix yazan oğulların adını harasa yazmağa ehtiyac yoxdur

Şəhid atası: Tarix yazan oğulların adını harasa yazmağa ehtiyac yoxdur

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 6 sentyabr, AZƏRTAC

Şuşa azad edildiyi gündən bu şəhərə ayaq basan elə bir şəhid ailəsi görmədim ki, “Şuşaya getdim” desin. Hamı “Şuşanı ziyarət etdim” deyir. Çünki bu torpaqların hər qarışında bir igidin qanı var. Vətən bizim ən müqəddəs andımız, Şuşa isə Qələbəmizin simvoludur. İnsan oraya ayaq basanda ayağını asta qoyur. Çünki o yurdda Vətən uğrunda fəda etdiyimiz canların nəfəsini duyuruq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Vətən müharibəsində itkin düşmüş şəhid İbrahim Vəlizadənin atası Səməd Vəliyev deyib.

Vətən müharibəsindən 6 il keçməsinə baxmayaraq, hələ də övladını axtaran şəhid atası əlavə edib: “Murovun soyuq aşırımlarında, Şuşanın ucsuz-bucaqsız meşələrində ondan bir iz axtarıram. Bu 6 ildə əlimə bir çöp belə götürüb daşa, torpağa İbrahim yazmamışam. Çünki buna ehtiyac duymamışam. Niyə yazmalıyam ki? Tarix yazan oğulların adını harasa yazmağa ehtiyac yoxdur. Onların adını tarix özü yazıb.

Bir neçə gündür ürək yanğısı ilə Şuşadakı mənzərələri izləyirəm. Şəhid atası kimi o insanları qınayıram. Bəlkə də Şuşanın necə azad olunduğundan xəbərləri yoxdur. Gör, neçə igid bu torpaqda can qoyub. Çönüb geriyə baxın, görün həmin oğullar Şuşada necə qəhrəmanlıq tarixi yazıblar”.

Səməd Vəliyev vurğulayıb ki, şəhid qanı ilə sulanan torpaqlarda heç kimin öz nişanəsini qoymağa haqqı yoxdur: “Mən bir şəhid atası kimi bu əməlləri törədən hər kəsi qınayıram. Bir daha demək istəyirəm ki, dövlətimiz hər zaman şəhidinə dəyər verib və bu missiya bu gün də davam edir. Heç kimin haqqı yoxdur şəhid qanı ilə sulanan o torpaqda öz nişanəsini qoysun”.

Müxbir - Nail Əsgərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Sentyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri