Icma.az
close
up
RU
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı

Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Allahverdi Xəlilov adına 263 nömrəli tam orta ümumtəhsil məktəbində Şuşada şəhidlik zirvəsinə ucalan, qəhrəman mayor Vüsal Vəliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şəhid mayor Vüsal Vəliyevin qardaşı, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev, şəhid mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədov, AMEA-nın əməkdaşı, şair Mahir Cavadlı, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbir çərçivəsində məktəbin 1“A” sinfinə şəhid mayor Vüsal Vəliyevin adı verilib.
Tədbiri giriş sözü ilə açan 1“A” sinfinin rəhbəri Gülbəs xanım qonaqları salamlayaraq bildirib ki, şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunur və qəhrəman şəhidlərin xatirəsi daim uca tutulacaq. O qeyd edib ki, böyüyən nəslin milli ruhda formalaşması hər bir müəllimin ən müqəddəs vəzifələrindən biridir.
Sonra mayor Vüsal Vəliyevin həyatı və döyüş yolu haqqında məlumat verilib. Bildirilib ki, mayor Vüsal İslam oğlu Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Lisey və Ali Hərbi Məktəbdə təhsil alıb, 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirib. 2009-cu ildən Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Murovdağ istiqamətlərində müxtəlif komandir vəzifələrində xidmət edib və mayor rütbəsinədək yüksəlib. 2020-ci il Vətən müharibəsində həmlə taborunun komandiri kimi iştirak edib, Murovdağdan Şuşayadək döyüş yolu keçib. 9 noyabr 2020-ci ildə Şuşa döyüşlərində şəhid olub və Şərur Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Vüsal Vəliyevin xatirəsinə “Səs” tamaşası səhnələşdirilib, “Qisas 44” və “Vüsalın dastanı” kitabları çap olunub. Doğulduğu Dizə kəndində “Şəhid Vüsal bulağı” abidə-kompleksi və ev muzeyi yaradılıb, bir çox məktəb siniflərinə və hərbi posta onun adı verilib.

Daha sonra söz məktəbin direktoru Nurqələm xanıma verilib. Direktor rəhbərlik etdiyi təhsil ocağının şəhid adını daşımasını böyük qürur hissi ilə vurğulayaraq məktəbin məzunlarının da Vətən müharibəsində qəhrəmanlıq göstərdiyini diqqətə çatdırıb. O bildirib ki, 1 “A” sinfinin şəhid mayor Vüsal Vəliyevin adını daşıması məktəb kollektivi üçün həm məsuliyyət, həm də fəxr mənbəyidir. Nurqələm xanım çıxışında qeyd edib ki, mayor Vüsal Vəliyevin Vətən müharibəsində göstərdiyi şücaət, vətən sevgisi və döyüş əzmi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Onun şərəfli həyat yolu və qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir.

Tədbirin bədii hissəsində məktəblilərin ifasında şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib, vətənpərvərlik mövzusunda mahnılar ifa olunub, həmçinin şagirdlərin hazırladıqları təsirli səhnəciklər nümayiş etdirilib. Çıxışlar və təqdimatlar tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Aynur xanım çıxışında bildirib ki, təhsil ocağında şəhidlərimizin keçdiyi döyüş yolu mütəmadi olaraq şagirdlərə təbliğ edilir və bu kimi tədbirlər gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına mühüm töhfə verir.
Daha sonra çıxış edən Şahin Məmmədov şəhidlərin adını daim uca tutan, onların xatirəsini yaşadan və belə möhtəşəm tədbiri ərsəyə gətirən hər kəsə təşəkkürünü bildirib.
Şair Mahir Cavadlı isə tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq şəhid adını yaşadan insanlara minnətdarlığını ifadə edib. O, doğma yurdu Zəngilanın azadlığı uğrunda canından keçən qəhrəman oğulların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.
Sonda söz şəhid mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyevə verilib. O, ailəsi adından çıxış edərək qardaşının xatirəsinə göstərilən yüksək ehtirama görə məktəbin direktoru Nurqələm xanıma, tədbirin təşkilatçıları Gülbəs xanıma, UBTR Aynur xanıma, 1 “A” sinfinin şagirdlərinə, valideyn komitəsinin rəhbəri Zəkirə xanıma və tədbirin təşkilində əməyi olan bütün valideynlərə dərin minnətdarlığını bildirib.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar məktəbdə yaradılmış “Şəhidlər lövhəsi”ni ziyarət edib, qəhrəmanların adını daşıyan sinif otaqlarına baxış keçiriblər. Sonda tədbir iştirakçıları bu unudulmaz gündən xatirə şəkilləri çəkdiriblər.





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:300
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 May 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri