Şəhid övladı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul oldu
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Xəyal Namazovun övladı Adəm Namazov Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub.
Bakıvaxtı.az xəbər verir ki, Adəm Namazov Şirvan şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alıb.
O, məktəb illərində təhsilə və hərbi xidmətə xüsusi maraq göstərib, gələcəkdə peşəkar hərbçi olmaq və atasının şərəfli yolunu davam etdirmək məqsədini qarşıya qoyub.
Qeyd edək ki, Xəyal Namazov 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 26 Avqust 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















