“Aztelekom”dan internet sürəti ilə bağlı Açıqlama
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ekspertlərin istinad etdiyi median sürət haqqında hesabat “Ookla”nın metodikasına müvafiq olaraq ölkə üzrə bütün provayderlərin abunəçilərinin ölçmələrinin əsasında formalaşır”.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq “Aztelekom”dan məlumat verilib.
Bildirilib ki, genişzolaqlı internetin median sürətinin artırılması mövzusuna gəlincə, bu əlavə investisiyaların cəlbini tələb edir.
“Aztelekom” öz səlahiyyəti çərçivəsində ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi, yüksəksürətli internet xidmətlərinin əlçatanlığının artırılması və müasir telekommunikasiya infrastrukturunun inkişafı üçün zəruri investisiyalar həyata keçirib.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) “Ookla”nın məlumatları əsasında mütəmadi dərc etdiyi hesabatlara görə, “Aztelekom” 11 ay ərzində 150 Mbit/s və daha çox sürət göstəricisi ilə “Yüksək” kateqoriyada yer alıb.
Aparılan məqsədyönlü təkmilləşdirmə işlərinin uğurlu nəticəsi olaraq Oktyabr ayını əhatə edən son hesabatda isə 200 Mbit/s və daha yüksək sürətlə “Aztelekom” MMC “Çox Yüksək” sürət kateqoriyada xidmət göstərən internet provayderlər sırasında yer alıb”, - deyə məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 26 Noyabr 2026 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















