Icma.az
close
up
RU
Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq FOTO

Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq FOTO

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Vətən müharibəsi şəhidləri Qərib Baxşəliyev və Asiman Əliyevin anım tədbiri keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpa olunması, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi Anar Mirzəyev çıxış edərək İkinci Qarabağ müharibəsinin Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Xalqımız, Silahlı Qüvvələrimiz həmrəylik göstərərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı. Bu gün hər birimiz qürurluyuq. 30 il düşmən tapdağı altında qaldıqdan sonra azad olunan torpaqlarımızda bu gün Azərbaycanın şanlı  Bayrağı dalğalanır.  Qərib Baxşəliyev və Asiman Əliyev kimi şəhidlərimizin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında bildirib ki, Vətən müharibəsinin başladığı ilk günlərdən Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qələbə qazanacağımıza tam əmin idi. Bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu. Azərbaycanın igid əsgər və zabitləri döyüş meydanında düşmənə layiqincə cavab verərək, onları doğma torpaqlarımızdan qovdular. Qısa zaman kəsiyində – 44 gün ərzində Qələbəyə nail olmaq hərb tarixində bir yenilikdir. Bu Qələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi əsas rol oynadı. R.Quluyev qeyd edib ki, Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğullarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində parlaq Qələbə qazandıq. Əlbəttə, bu tarixi Zəfər asan əldə edilmədi, şəhidlər verdik, xeyli sayda döyüşçülərimiz qazi oldular. Bu gün şəhidlərimizin Vətən uğrunda göstərdikləri fədakarlıqlar, onların torpaq sevgisi, döyüş yolu hər birimiz üçün bir örnəkdir. Şəhidlərimizin ruhuna hörmət və ehtiram hər birimizin vətəndaşlıq borcudur. Hər bir Azərbaycan vətəndaşı bundan sonra da bu ideyaları, irsi qorumalı, onlara sadiq qalmalı, gələcək nəsillərimiz bu amallarla böyüməlidirlər. Şəhidlərimizin valideynləri qürur hissi keçirə bilərlər ki, Vətənini, xalqını sevən belə cəsur övladlar böyüdüblər.

Şəhid Asiman Əliyevin atası Vaqif Əliyev çıxış edərək Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən, Asimanın həyat yolundan danışıb. Bildirib ki, Asiman, Qərib kimi qəhrəmanların həyat yolu gənc nəslə örnəkdir. Şəhidlərimizin xatirəsi kiçikdən böyüyə hər bir Azərbaycan vətəndaşının ürəyində əbədi yaşayacaq. Şəhidin atası göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Şəhid Asiman Əliyevin yaxın dostu Rayət İmaməliyev çıxışında qeyd edib ki, şəhidlərimizin qəhrəmanlıqlarından, şərəfli döyüş yolundan saatlarla, günlərlə danışmaq olar. Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın əziz xatirəsi əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq, onların adları dövlətimiz tərəfindən daim uca tutulacaq və ehtiramla yad ediləcək.

Tədbirin sonunda şəhidlərimizlə bağlı hazırlanan video-çarx nümayiş etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://pravda.az
archiveBu xəbər 06 Noyabr 2024 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see142

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see126

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see123

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see122

Kürdəmirdə 32 yaşlı qadının körpəsi ölü doğulub

30 May 2025 14:54see122

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see121

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see119

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see118

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see117

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see117

İşğaldan azad edilən ərazilərə daşınan sərnişin sayı...

30 May 2025 18:36see116

Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır

30 May 2025 18:33see115

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see115

Zelenski birbaşa danışıqlar arzusu ilə seçkiləri təxirə salmaq istəyir

30 May 2025 14:08see115

Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

30 May 2025 13:42see114

Bərdəni dəfələrlə “Smerç”lərlə vurdular Zərərçəkmiş

30 May 2025 15:00see114

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see114

Daxildə Birlik, Xaricdə Etibar Azərbaycanın Müstəqillik Formulu

30 May 2025 11:45see114

Koronavirusun yeni ştammının “imza” simptomunun adı açıqlanıb

30 May 2025 21:37see113

Qatara biletsiz minənlərə pis xəbər

30 May 2025 18:41see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri