Icma.az
close
up
RU
Səhiyyə 4.0 platformasında pasiyentmərkəzli rəqəmsal əkizin arxitektur texnoloji modeli işlənilmişdir

Səhiyyə 4.0 platformasında pasiyentmərkəzli rəqəmsal əkizin arxitektur texnoloji modeli işlənilmişdir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 avqust, AZƏRTAC

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında Səhiyyə 4.0 platformasında Əhali Sağlamlığı Observatoriyasının formalaşmasının elmi-nəzəri əsaslarının işlənməsi üzrə aparılan tədqiqatların yarımillik hesabatı müzakirə olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova hesabatı təqdim edərək cari ilin birinci yarısında yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında məlumat verib.

Professor M.Məmmədova “Məkan üzrə əhalinin sağlamlığı və demoqrafik təhlükəsizliyinin qiymətləndirilməsi və qərarların qəbulu” mövzusu üzrə əşyaların interneti əsasında paylanmış intellektual monitorinq sisteminin konseptual prinsiplərinin işlənildiyini, tibbi-demoqrafik statistik məlumatların süni intellekt metodları əsasında emalı istiqamətində tədqiqatlar aparıldığını diqqətə çatdırıb.

M.Məmmədova Səhiyyə 4.0 və rəqəmsal dövlət platformasında vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının formalaşması mexanizmlərinin işlənməsi ilə bağlı elmi-tədqiqat işi çərçivəsində görülmüş işlərdən bəhs edib. Məruzəçi bu istiqamətdə tibdə rəqəmsal əkiz texnologiyaların tətbiqi imkanlarının araşdırıldığını, pasiyentmərkəzli tibbi rəqəmsal əkizin arxitektur-texnoloji modelinin və onun kliniki praktikada vizuallaşdırılması alqoritminin işlənildiyini bildirib.

Şöbə müdiri Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının həkimləri ilə birgə yerinə yetirilən qaraciyər xəstəlikləri üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi mövzusunda tədqiqatlardan və alınmış nəticələrdən bəhs edib, çap olunmuş nəşrlər haqqında məlumat verib.

Professor M.Məmmədova tibbi sosial media resurslarının münasibət seqmentlərindəki informasiyanın analizi və qərarların qəbulu, Səhiyyə 4.0 platformasında əhalinin tibbi demoqrafik təhlükəsizliyinin idarə olunması üçün modellərin işlənməsi mövzuları üzrə görülmüş işlərlə bağlı əldə olunmuş nəticələri təqdim edib.

Alim şöbədə tibbi təsvirlər əsasında xəstəliklərin proqnozlaşdılması üçün intellektual model və metodların işlənməsi, eləcə də rəqəmsallaşma və yaşıl keçid mühitində kənd təsərrüfatının intellektual idarə olunması üçün model və metodların işlənməsi ilə bağı araşdırmalar aparıldığını da qeyd edib.

Məruzəçi “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda və Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən dövri elmi nəşrlərdə 7 məqalənin, dən beynəlxalq və respublika səviyyəli konfranslarda 20 tezisin çap olunduğunu diqqətə çatdırıb.

O, rəhbərlik etdiyi şöbənin beynəlxalq əlaqələri, xüsusilə GEANT Assosiasiyası ilə əməkdaşlığı barədə məlumat verib. Şöbə əməkdaşları tərəfindən Avropa Komissiyası və Avropa Təhsil Fondunun təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində keçirilən seminarlarda iştirak edildiyini, Meksika Milli Avtonom Universiteti ilə əməkdaşlıq münasibətlərinin davam etdirildiyini söyləyib.

Professor M.Məmmədova şöbədə elmi-praktik, innovasiya, elmi-ekspertiza və elmi-təşkilati fəaliyyət, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş tədbirləri diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev hesabat ilə bağlı təklif və tövsiyələrini bildirib. Alim deyib ki, şöbədə aparılan tədqiqatlar respublikanın elmi-texnoloji inkişafı və elmimizin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Akademik R.Əliquliyev beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyinə toxunaraq, bu istiqamətdə fəaliyyətin daha da intensivləşdirilməsinin zəruriliyini qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see424

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see205

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see196

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see158

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see158

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see155

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see154

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see153

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see146

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see142

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see129

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri