Icma.az
close
up
RU
Səhiyyə naziri: İqlim dəyişikliyi ilə bağlı təbii fəlakətlər xəstəliklərin yayılmasına səbəb olur Doğru Xəbərlər

Səhiyyə naziri: İqlim dəyişikliyi ilə bağlı təbii fəlakətlər xəstəliklərin yayılmasına səbəb olur Doğru Xəbərlər

Icma.az, Dogru.az saytına istinadən bildirir.

İnsan immun çatışmazlığı virusu qlobal ictimai sağlamlıq üçün əsas problemlərdən biri olaraq qalır. Hər il bir milyondan çox insan HİV-ə yoluxur və 600 mindən çox insan HİV ilə əlaqəli xəstəliklər səbəbindən həyatını itirir. Bu xəstəliyin ən böyük yükü əsasən Afrika regionunda olan aşağı və orta gəlirli ölkələrin üzərinə düşür.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev QİÇS və iqlim dəyişikliyi üzrə çərçivə sənədinin təqdimatı mərasimində deyib.

O qeyd edib ki, müasir sürətli diaqnostika alətləri və yüksək effektiv antiretrovirus terapiya kimi irəliləyişlərə baxmayaraq, Dayanıqlı İnkişaf Məqsədinə (DİM) nail olmaq – 2030-cu ilə qədər HİV epidemiyasına son qoymaq – çətin bir problem olaraq qalır. O, Azərbaycanın İİV-lə mübarizədə əldə etdiyi bəzi irəliləyişlərlə bağlı məlumat verib, bu sahədə diaqnoz, müalicə və profilaktika ilə bağlı görülən işlərdən danışıb.

Nazir Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı və Qlobal Fond kimi beynəlxalq təşkilatlarla da sıx tərəfdaşlığından söz açıb. Bildirib ki, COP29 konfransında vurğulandığı kimi, iqlim dəyişikliyinin təsirləri qeyri-mütənasib şəkildə paylanır.

“İqlim dəyişikliyi ilə bağlı təbii fəlakətlər xəstəliklərin yayılmasına, ərzaq təhlükəsizliyinə və səhiyyə infrastrukturunun zədələnməsinə səbəb olur. Səhiyyə xidmətinin pozulması HİV-in müalicəsi, qarşısının alınması və psixi sağlamlıq xidmətlərinə çıxışı daha da azaldır və nəticədə həssas qruplar arasında xəstələnmə və ölüm hallarının artması qeydə alınır. Bu mürəkkəb təsirlər HİV nisbətlərinin artmasına kömək edir. Bu gün dünya Bakıda, COP29-da birləşib. İqlim dəyişikliyinin sağlamlığa təsirinin ən kritik mövzu olduğundan tez bir zamanda bu istiqamətdə əməli fəaliyyət göstərmək vacibdir. Nə qədər tez hərəkət etsək, bir o qədər tez uğur qazanacağıq. İqlimə davamlı səhiyyə sistemlərinin yaradılması və səhiyyə işçi qüvvəsinin hazırlanması İİV epidemiyasına son qoyulması da daxil olmaqla DİM hədəflərinə nail olmaq üçün həyati əhəmiyyət kəsb edir”, – deyə nazir qeyd edib.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://dogru.az
archiveBu xəbər 21 Noyabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri