Icma.az
close
up
RU
Səhiyyə nazirləri açıq havada siqaret çəkməyin qadağan olunmasını təklif etdilər

Səhiyyə nazirləri açıq havada siqaret çəkməyin qadağan olunmasını təklif etdilər

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Avropa İttifaqına (Aİ) üzv ölkələrin səhiyyə nazirləri açıq havada siqaretdən istifadənin qadağan olunmasını tövsiyə ediblər.

Modern.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, nazirlər əsasən uşaq meydançalarında, avtobus dayanacaqlarında və açıq restoranlarda siqaretdən istifadənin qadağan olunması ilə bağlı Brüsseldə səsverməyə çıxarılan Avropa Komissiyasının tövsiyə təklifinin lehinə səs veriblər. Səhiyyə nazirləri uşaq meydançaları və açıq iaşə obyektləri ilə yanaşı, istirahət parklarında, üzgüçülük hovuzlarında, zooparklarda, çimərliklərdə, universitetlərdə və açıq havada keçirilən tədbirlərdə də siqaretdən istifadəyə qarşı daha sərt tələblərin müəyyənləşdirilməsini tövsiyə ediblər.

Avropa Komissiyasının vitse-prezidenti Tereza Ribera siqaret çəkməyənlərin qorunması üçün daha sərt tədbirlərin tətbiqinin vacibliyini vurğulayıb.

Müzakirələrdə maraqlı məsələlərdən biri də elektron siqaretlərlə bağlı olub. Səhiyyə nazirlərinin əksəriyyəti elektron siqaretlərin adi siqaretlərlə eyniləşdirilməsinə səs verib. Elektron siqaret istifadəçiləri arasında gənclərin sayının artması ilə əlaqədar üzv dövlətlərin daha ciddi məhdudlaşdırıcı tədbirlər görməsinin vacibliyi xüsusi qeyd edilib.

Avropa Komissiyasının bəyan etdiyi məqsəd 2040-cı ilədək siqaret çəkənlərin sayının əhalinin 5 faizindən aşağıya salınmasıdır. Komissiyanın hesabatına görə, tütündən istifadə hər il Aİ məkanında 700 min insanın həyatına son qoyur.

“Siqaretsiz tərəfdaşlıq” təşəbbüsünün 2022-ci ildə 37 ölkə arasında apardığı dəyərləndirməyə əsasən, siqaretdən istifadəyə qarşı ən sərt qanunvericilik bazası İrlandiya, Böyük Britaniya və Fransadadır. Almaniya bu göstərici üzrə sondan dördüncüdür.

Qeyd edək ki, bu tövsiyənin hər hansı hüquqi qüvvəsi yoxdur. Çünki Aİ ölkələrinin hər biri sağlamlıq məsələləri ilə bağlı daxili siyasətin müəyyənləşdirilməsində müstəqildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2024 07:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see214

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see210

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see161

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see131

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri