Səhiyyə Nazirliyindən keçmiş nazir müavininə bağlı olduğu deyilən şirkətə sifariş
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Səhiyyə Nazirliyi laboratoriya avadanlıqlarının satın alınması ilə bağlı "SEM-AZ" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Qaynarinfo-nun məlumatına görə, müqavilənin maliyyə dəyəri 109 950 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "SEM-AZ” MMC 15 may 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Akademik Mustafa Topçubaşov küçəsi, ev 21, mənzil 37-də yelrəşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Anar Firkət oğludur.
Anar Məmmədov həm də "SEM-AZ Laboratoriya Cihazları” MMC-nin qanuni təmsilçisidir. Onun barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.
Mediada yer alan iddialara görə, "SEM-AZ" səhiyyə nazirinin keçmiş müavini Elsevər Ağayevə bağlı şirkətdir. Bu iddialar indiyə qədər təkzib edilməyib.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 28 Dekabr 2024 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















