Icma.az
close
up
RU
Səhiyyə sistemi yüklənəcək, miqyas genişlənib XƏBƏRDARLIQ

Səhiyyə sistemi yüklənəcək, miqyas genişlənib XƏBƏRDARLIQ

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Lancet" jurnalında yayımlanan araşdırmaya görə, 2050-ci ilə qədər dünyada böyüklərin yarısından çoxu, uşaqların isə üçdə biri artıq çəki və ya piylənmədən əziyyət çəkə bilər. Bu vəziyyət erkən ölüm riskini artıraraq səhiyyə sistemlərinə ciddi yük gətirə bilər.

Ölkə.az xəbər verir ki, son 30 ildə piylənmə ilə mübarizədə yetərli tədbirlər görülmədiyi üçün problemin miqyası sürətlə genişlənib. Hazırda 25 yaşdan yuxarı 2,11 milyard insan və 5-24 yaş arası 493 milyon uşaq və gənc artıq çəkidən əziyyət çəkir. Halbuki 1990-cı ildə bu rəqəmlər müvafiq olaraq 731 milyon və 198 milyon idi.

Əgər ciddi tədbirlər görülməsə, 2050-ci ilə qədər 25 yaşdan yuxarı insanların 50%-dən çoxu (təxminən 3,8 milyard nəfər), uşaqların isə üçdə biri (746 milyon nəfər) artıq çəki və ya piylənmədən əziyyət çəkəcək. Xüsusilə, uşaqlar və gənclər arasında piylənmə 121% artacaq və 2050-ci ilə qədər 360 milyon uşağın piylənmə problemi ilə üzləşəcəyi proqnozlaşdırılır.

Piylənmə dünya üzrə bərabər paylanmır. Yetkin insanlar arasında piylənmə hallarının yarıdan çoxu səkkiz ölkədə cəmləşib:
    •    Çin (402 milyon),
    •    Hindistan (180 milyon),
    •    ABŞ (172 milyon),
    •    Braziliya (88 milyon),
    •    Rusiya (71 milyon),
    •    Meksika (58 milyon),
    •    İndoneziya (52 milyon),
    •    Misir (41 milyon).

2050-ci ilə qədər piylənmədən əziyyət çəkən uşaq və gənclərin üçdə birinin (130 milyon) Şimali Afrika, Yaxın Şərq, Latın Amerikası və Karib hövzəsində olacağı gözlənilir.

Tədqiqatçılar qeyd edirlər ki, bu gün uşaqlar əvvəlki nəsillərə nisbətən daha erkən yaşda və daha sürətlə çəki alırlar. Bu isə II tip şəkərli diabet, yüksək qan təzyiqi, ürək xəstəlikləri və xərçəng riskini artırır.

Məsələn, yüksək gəlirli ölkələrdə 1960-cı illərdə doğulan kişilərin yalnız 7%-i 25 yaşına çatanda piylənmədən əziyyət çəkirdi. 1990-cı illərdə doğulanlarda bu göstərici 16%-ə yüksəlib. 2015-ci ildə doğulanlar arasında isə bu rəqəmin 25%-ə çatacağı gözlənilir.

2050-ci ilə qədər piylənmədən əziyyət çəkən böyüklərin dörddə birinin 65 yaşdan yuxarı olacağı bildirilir. Bu isə səhiyyə sisteminə daha böyük yük yaradacaq. Xüsusilə, aşağı gəlirli ölkələr piylənmənin səhiyyə və iqtisadi təsirlərini idarə etməkdə çətinlik çəkə bilər.

Ümumdünya Piylənmə Federasiyası tərəfindən yayımlanan digər bir hesabatda, xüsusilə, aşağı gəlirli ölkələrdə piylənmənin təsirlərinə diqqət çəkilir. Bildirilir ki, piylənmə səbəbilə erkən ölüm hallarının çoxu məhz bu ölkələrdə baş verir və burada müalicə imkanları məhduddur.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Mart 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri