Icma.az
close
up
RU
Səhiyyəmizin bilik xəzinəsi

Səhiyyəmizin bilik xəzinəsi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tibb kitabxanası – 85

Özünəməxsus yubileyi qeyd edilən Respublika Dövlət Elmi Tibb Kitabxanası tipoloji baxımdan xüsusi elmi məbəddir. Kitabxana Azərbaycan SSR Xalq Komissarları Soveti tərəfindən 1939-cu ilin yanvarında yaradılıb və 1940-cı ilin martında fəaliyyətə başlayıb.

Paytaxtın Yasamal rayonunda A.Şərifzadə küçəsində yerləşən, Səhiyyə Nazirliyinə aid olan bu “qocaman” kitabxana səhiyyə orqanlarını, elmi-tədqiqat və müalicə-profilaktika müəssisələrini, eləcə də xalqın sağlamlıq problemləri ilə məşğul olan alim və mütəxəssisləri kitabxana-biblioqrafiya və informasiya xidməti ilə təmin edir. Düz 85 ildir ki, ağxalatlı oxucuların, tibb mütəxəssislərinin xidmətindədir.

Kitabxananın direktoru Yeganə Pirəliyevadır. Onun dedikləri:

– Burada ilk direktor Məryam Səmədova olub. Sonrakı dövrlərdə kitabxanaya Əli Mehdiyev, Raisa Perelman, Sara Mirişova, Tamilla Əliyeva, Aniyə Abuzərova, Rəna Pirverdiyeva rəhbərlik ediblər. Əvvəllər 2 otaqdan ibarət olan kitabxanamız indi 8 şöbəsi olan böyük bir məbəddir. Oxuculara xidmət üçün böyük oxu zalı (48 yer), ona bitişik növbətçi otağı, kiçik oxu zalı (18 yer) var.

Tibb kitabxanaları şəbəkələrinə təşkilati-metodik rəhbərlik həyata keçirilir və onların fəaliyyəti əlaqələndirilir. Sahəvi depozitar kitabxana və tibb elminin aktual problemləri üzrə vahid sorğu-məlumat fondlarımız var. Bilik məbədində, həmçinin rus, ərəb, fars, ingilis dillərində tibb elminin tarixinə və aktual məsələlərinə dair nəşrlər toplanıb.

Məlum olduğu kimi, təbabət digər elm sahələrinə nisbətən daha intensiv inkişafdadır. Buna görə də yubilyar kitabxanamızda istifadəçilərin informasiya tələbatını tədqiq etmək məqsədilə müxtəlif tədbirlər görülür. Şifahi sorğular, anketləşdirmə əsasında oxucuların maraq və meyllərini, tibb işçilərinin bugünkü fəaliyyət istiqamətləri, ən müasir tibb sahələri aşkar edirik ki, bu da, öz növbəsində, fondun komplekləşdirilməsində nəzərə alınır. Kitabxanada indi artıq əsas fond Azərbaycan, rus və digər dillərdə olan 55 min 867 nüsxə kitab, jurnal, avtoreferat və s. ibarətdir. Arxiv fondu da zəngindir. Burada toplanan kitablar, əsasən, XIX əsrin sonları–XX əsrin əvvəllərini əhatə edir.

2013-cü ilin iyun ayından etibarən burada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndələrinin təklifi və dəstəyi ilə “ÜST güşəsi” yaratmışıq. Həmin güşədə ÜST-ün bütün çap məhsulları (kitab, broşur, informasiya vərəqələri, jurnal, bülleten və s.), eləcə də elektron resurslar (CD) toplanıb. Bütün materiallar kitabxana qaydası üzrə texniki və elmi işləmədən keçib.

Onu da öyrəndik ki, kitabxananın elmi-metodik şöbəsi respublikanın 105 tibbi və elmi müəssisəsinin nəzdində fəaliyyət göstərən tibb kitabxanaları ilə əlaqədə çalışır. Bu sıraya 13 elmi-tədqiqat institutu, 8 tibb məktəbi, taun əleyhinə stansiya və onun 6 şöbəsi, Bakıdakı 5 şəhər kliniki xəstəxanası və nazirliyə aid olmayan Mərkəzi Neftçilər Xəstəxanası, sanatoriyalar, 56 mərkəzi rayon və şəhər xəstəxanası, eləcə də Naxçıvan Muxtar Respublikasındakı analoji obyektlər daxildir. Bundan əlavə, kitabxanalarla zona seminar–treniniq məşğələlər keçirilir.

Kitabxanaya alınan yerli, xarici jurnal və qəzetlərin analitik təsvirləri elektron kataloqda verilir. Artıq yeni nəşrlər fondu, Ümumdünya Səhiyyə Təşkilatının nəşrlərindən ibarət kitab fondu elektron kataloqa salınıb. Hər il mütəxəssislər tərəfindən proqram yeniləşdirilir. Kitabxananın maddi-texniki bazasını gücləndirmək məqsədilə əlavə fərdi kompüter dəstləri, skanerlər, printerlər, lokal şəbəkənin genişləndirilməsi üçün lazımi avadanlıqlar alınıb. Kitabxananın bəzi əməkdaşları proqramla işləmək üçün treninq məşğələlərinə göndərilib. Digər əməkdaşlar isə kitabxananın daxilində keçirilən treninqlərdə İRBİS-64 proqramı üzrə işləmək üçün hazırlıqdan keçiblər.

Hazırda elektron kataloqa 21 minədək kitab, 88 adda jurnal və qəzet, 48 mindən çox jurnal məqaləsi –biblioqrafik təsvir, elektron kitabxanaya isə 100 nüsxə kitab daxil edilib. Müxtəlif səpgili kitab sərgiləri oxucular arasında maraq doğurur. Sərgilər yeni daxil olan nəşrlər, respublikamızın görkəmli həkim-alimlərinə həsr edilmiş nəşrlər, müxtəlif əlamətdr hadisələr, aktual tibbi mövzularda ədəbiyyatdan təşkil olunur.

Yubiley günlərində Milli Kitabxanada istifadəçilərə təqdim olunan “Respublika Dövlət Elmi Tibb Kitabxanası – 85” adlı sərgi yubilyar elm və bilik xəzinəsi haqqında müfəssəl bilgilər verir. Sərgidə kitabxana işi haqqında rəsmi sənədlər, Azərbaycanda kitabxana işinin tarixi, Dövlət Respublika Elmi Tibb Kitabxanasının fəaliyyəti, nəşrləri, ölkəmizdə tibb elminə və səhiyyə müəssisələrinə kitabxana-informasiya xidmətinin təşkili haqqında kitablar, müstəqillik illərində Respublika Tibb Kitabxanasının fəaliyyəti və informasiyalaşma problemləri, vəzifələri, oxucularla işin spesifik xüsusiyyətləri və s. mövzularda elmi məqalələr nümayiş olunur.

Ə.ƏLİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Mart 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri