Səhnədə 60 ilin izi: Tosovaya böyük ehtiram
Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında aktrisa İlqarə Tosovanın 60 illik yubileyi qeyd olunub.
OLAY yazır ki, Mədəniyyət və incəsənət nümayəndələrinin iştirak etdikləri tədbirdə teatrın direktoru Naidə İsmayılzadə çıxış edərək aktrisanı yubiley münasibətilə təbrik edib, onun səhnə fəaliyyətindən söz açıb. Aktrisaya teatrın fəxri diplomu və gül dəstəsi, həmçinin, Teatr Xadimlər İttifaqı tərəfindən təsis edilmiş “Qızılgül” mükafatı təqdim edilib.
Daha sonra Ayşad Məmmədovun və İlqarə Tosovanın iştirakı ilə yubiley münasibəti ilə hazırlanan “Polkovnikə məktub” tamaşası nümayiş olunub.
Birhissəli səhnə əsərinin müəllifi İlqarə Tosova, quruluşçu rejissoru və musiqi tərtibatçısı Ayşad Məmmədov, quruluşçu rəssamı Mələksimadır.
Bir-birlərini sevən iki cütlüyün uzun illər yaşadıqları birgə həyatın fonunda başlarına gələn kədərli hadisələr, çıxılmaz situasiyalar tamaşaçıları dərindən düşünməyə vadar edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 20 Fevral 2026 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















