Icma.az
close
up
RU
Səhnədən çıxmaq istəməyən üçlük ördək, balıq, xərçəngin “tələs, tələsmə” təklifi TƏHLİL

Səhnədən çıxmaq istəməyən üçlük ördək, balıq, xərçəngin “tələs, tələsmə” təklifi TƏHLİL

Report.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması uzanır. Bu vəziyyət müəyyən mənada Azərbaycan torpaqları işğal altında olduğu dövrü xatırladır. Onda beynəlxalq vasitəçilərin təmsilçisi kimi ATƏT-in Minsk Qrupu BMT Təhlükəsizlik Şurasının işğal və təcavüzün başa çatmasına dair qəbul etdiyi qətnamələrin reallaşması istiqamətində fəaliyyət göstərməkdənsə, status kvo-nun qalmasına, hətta ərazilərin Ermənistana qatılmasına çalışırdı.

Həmsədrlərin - Rusiya, Fransa və ABŞ-nin fəaliyyəti nəticəsində Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında qalmışdı. Uzun illər heç bir təşəbbüs göstərmədən məsələnin danışıqlar, dinc yolla həllindən bəhs ediblər. Onlar bu ssenari əsasında qurulmuş tamaşanı 30 il oynadılar. Bu məşhur üçlük Azərbaycana təslimçilik müqaviləsi imzalatdırmaq, torpaqlardan imtina etdirmək üçün təzyiqlər göstərirdi. Hətta ABŞ “907 saylı düzəlişi” belə qəbul etmiş, sonrakı dövrdə isə onu saxlamışdı.

Fransa Ermənistanı himayə edərək münaqişəyə vasitəçi olduğunu belə unudurdu.

Rusiya da özünü Qarabağın sahibi kimi apararaq orada yetişdirdiyi kadrlarını Ermənistana prezident seçdirməklə vəziyyəti nəzarət altında saxlayırdı.

Vətən müharibəsi ilə ərazilər Ermənistan və havadarlarının işğalından azad edildi. Həmsədrlər "tamaşa"nı istədikləri finalda başa çatdıra bilmədilər. Azərbaycan müttəfiqləri, dostları və tərəfdarları ilə birlikdə torpaqları üzərində haqlarını bərpa etdi.

Azərbaycanın Ermənistana ikitərəfli, birbaşa, vasitəçisiz görüşlər keçirmək təklifi qəbul olundu. Hətta Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın görüşü Almaniyada reallaşdı. Sonrakı dövrdə xarici işlər nazirlərinin analoji təması olub.

Bu kontaktlar nəticəsində iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə işçi qrup fəaliyyət göstərməyə başlayıb. Müəyyən işlər artıq görülüb. Sərhədin müəyyənləşməsi istiqamətində fəaliyyətin davam edəcəyinə dair razılıq əldə edilib.

Bütün bunlar vasitəçilərsiz, həmsədrlərsiz və sair üçüncü qüvvə olmadan əldə edilən uğur da sayıla bilər.

Bununla belə, ABŞ, Fransa və Rusiya, təəssüf ki, ənənəvi “vasitəçi” rolunu oynamaq üçün müxtəlif ismarışlar, açıqlamalar verirlər. Erməni lobbisinin muzdlusu sayılan, ABŞ-nin keçmiş Prezidenti Cozef Baydenin dövlət katibi olmuş Antoni Blinken Ermənistanla hərbi əməkdaşlığa dair saxtakarlıq etməklə vasitəçi roluna yaramadıqlarını göstərdi. Halbuki Azərbaycanla sülh sazişinin imzalanması, sərhədlərin müyyənləşməsinə dair prosesi sürətləndirməyi ən çox "istəyən"lərdən biri Bayden dəstəsi idi. Prezident olaraq nə o, nə də hökuməti prosesin ləngiməsinə mane olan amillərin aradan qalxması istiqamətində bir addım belə atmadı.

Fransanın təşəbbüsü ilə Ermənistanla Azərbaycan arasında şərti sərhəddə Avropa İttifaqının iki il müddətinə müşahidə missiyası yerləşdirildi. Bu yaxınlarda isə onun ərazidə qalması müddəti uzadılıb. Fransa bu addımı və rəsmi İrəvanın saxta, yalan dezinformasiya xarakterli açıqlamalarını dəstəkləməklə Ermənistanla Azərbaycan arasında etimad mühitinin və sülhün yaranmasına problem yaradır.

Rusiya da özünü Bakı ilə İrəvan arasında vasitəçi kimi aparmağa çalışır. Azərbaycan və Ermənistan liderlərinin, rəsmilərinin ABŞ və Avropa İttifaqında iştirak etdikləri tədbirlərdən sonra Kreml də tərəfləri Moskvaya dəvət edir. Bununla Cənubi Qafqazda, xüsusən Azərbaycan-Ermənistan münasibətlərində özünü hakim rolunu göstərməyə səy edir.

Bu günlərdə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində bildirib ki, Moskva Qərbin təklif etdiyi tələsik sənədlərin əleyhinədir: “Biz müttəfiqlik münasibətlərimiz olan Ermənistanla Azərbaycan arasında gələcək nəsillər üçün “mina” qoymaq əvəzinə, yol açan və münasibətlərin davamlı uzunmüddətli tənzimlənməsini nəzərdə tutan sülh müqaviləsinin hazırlaması tərəfdarıyıq. Qərbin təkid etdiyi kimi, Ermənistan və Azərbaycanı həqiqətən mümkün qədər tez Qərb platformasında sülh müqaviləsi bağlamağa sövq etmək istəyən istənilən tələsik sənədlərin bağlanmasının əleyhinəyik”.

Onun sözlərinə görə, belə tələsik, düşünülməmiş və sonadək yoxlanılmamış qərarlar uzunmüddətli davamlı sülhə deyil, əksinə, gələcək üçün qarşıdurma toxumları əkə bilər: “Bu da, sözsüz, nə Ermənistan və Azərbaycan, nə Cənubi Qafqaz, nə də Rusiya üçün arzuolunandır”.

Üçlük indi özünü ördək, xərçəng və balıq kimi aparır. Qaluzinin sülhlə bağlı sənədin “imzalanmasına tələsmək olmaz” kimi açıqlaması Leninin bolşevik inqilabını “bu gün başlamaq tez, sabaha isə gecdir” fikrinə oxşayır.

Ancaq bu üçlük sülhlə bağlı məsələnin gecikməsi, yaxud tələskənliyin əsl səbəbini açıqlamır. Ermənistan və onun ənənəvi havadarları lobbinin təsiri ilə bu işi tez-bazar, əlüstü görməyə tələsir. Bu halda Ermənistanın mövcud təcavüzkar, işğalçı mahiyyətli konstitusiyası dəyişdirilmir. Bununla da sonradan Azərbaycana qarşı müharibə etməyə hüquqi baza olduğu kimi qalır.

Bundan başqa, yaranmış fasilədən yararlanaraq Ermənistan müharibəyə hazırlaşır. 44 günlük müharibədən sonra bu ölkənin hərbi xərcləri üç dəfəyə yaxın artaraq, 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Habelə, rəsmi İrəvanın bu yaxınlarda imzaladığı hərbi müqavilələrə əsasən, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaqmənzilli zərbələr endirə biləcək hücum silahları əldə edir.

Ermənistanın müdafiə naziri Suren Papikyan fevralın 11-də Hindistana səfəri çərçivəsində bu ölkədən silah, hərbi texnika və uçuş aparatları istiqamətində əməkdaşlığı müzakirə edib.

Başqa bir məsələ, tərəflər sülh sazişinin gecikməsində Ermənistan vətəndaşlığı hüququ pozulmuş, tapdanmış 300 minə yaxın qərbi azərbaycanlının öz yurdlarına qayıtmasını görməzdən gəlirlər.

Nikol Paşinyan və havadarları bu məsələnin reallaşmasından yan qaçmaq üçün onun mahiyyətini saxtalaşdırır, bunu Azərbaycanın Ermənistana “ərazi iddiası” kimi təqdim edirlər.

Yanvarın 25-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada səfərdə olub. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Rusiyalı nazirin dediyinə görə, erməni həmkarı ilə qarşılıqlı maraq doğuran və problem sayılan bütün məsələləri müzakirə ediblər. Həmin görüşdən sonra diplomatların keçirdiyi birgə mətbuat konfransında A.Mirzoyan deyib: “Ermənistan və Rusiya müttəfiqdirlər, ölkələr arasında ciddi ikitərəfli müqavilələr mövcuddur, biz müttəfiqik”.

Qaluzinin bəhs etdiyimiz açıqlaması Ermənistanı müharibəyə hazırlamaq üçün İrəvanla Moskvanın pauzanı uzatmaq taktikasına xidmət etmiş də ola bilər.

Deməli, Rusiya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa tələsdirmir, ABŞ və Fransa tərəfləri tələsdirir, İrəvan isə özünü tələsmiş kimi göstərməklə hər iki tərəf üçün oyunbazlıq edir. Nəticədə sülh sazişinin imzalanması gecikir. Bu, Cənubi Qafqazda təhlükəsizliyə, sabitliyə və əmin-amanlığın təhdidinə köməklik göstərir.

Üçlük sülh sazişi ilə bağlı məsələlərin həllində də 30 il öncəki ənənəvi rollarını davam etdirir. Bütün hallarda onların “tələsin”, “tələsməyin” məsləhətləri, təkliflərinin Azərbaycan-Ermənistan münasibətlərinə heç bir aidiyyəti olmadığı da istisna deyil. Çünki əsas söz sahibi Bakı və onunla ikitərəfli, birbaşa danışıqlara razılıq vermiş İrəvandır. Qalanları isə sülhə dair məsələlərdə elə “göyərçin” rolunu oynamağa səy göstərəcək...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://report.az
archiveBu xəbər 11 Fevral 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see152

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see146

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see142

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see137

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see128

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see121

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see113

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see113

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri