Icma.az
close
up
RU
Şəhriyar Del Geraninin Setara şeiri haqqında bilmədikləri Orxan Saffari yazır

Şəhriyar Del Geraninin Setara şeiri haqqında bilmədikləri Orxan Saffari yazır

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Əslində, istənilən şeirə oxucu və ya tənqidçinin verdiyi izah əksərən şairin dediyi ilə bir olmur. Hətta çox vaxt əsl şair nə yazdığını da bilmir.

Del Geraninin təbirincə desək, o, bu cür şeirləri özü yazmır, bu şeirləri ona deyirlər.

Mələsən, “Setara şeiri” kimi. 

Obrazlı desək, bu şeir Şəhriyar Del Geraniyə Antik Yunan Fəlsəfəsi meydana gəldiyi andan deyilməyə başlayıb.

Sabahlar gözləyənə,
qapılar – döyənə açılar.
Arzular istəyənə,
itənlər – axtarana tapılar.

“Sabahlar gözləyənə” ifadəsi nədir? Onu necə mənalandırmaq olar? Məsələn, bəlkə, sabah özü yoxdur? Gözləyən var deyə açılır elə?

Yaxud, arzu nədir? İnsanın reallığını arzular təşkil edirmi? Arzu, xəyal mücərrəddir, insan onu gerçəkləşdirir. Şəhriyar Del Gerani burada mümkün olanla olmayan nəsnələrin toqquşmasını ifadə edir.

Sabah mücərrəddir-gözləsən açılır. Arzu real deyil, istəyirsən, cəhd edirsən, reallaşır.

İtirənlər-axtarana tapılar- bunu isə ayrılıqda Heideggerin “varlıqla olmaq” arasında olan fərqinə aid etmək olar.

Balıqlar dənizlərin,
quşlar göylərin,
atlar – çöllərin duasıdı.

Üç sətirdən ibarət bu hissə daha çox sufizmə, təbiət fəlsəfəsinə yönəlikdir. Üstəlik, panteizm ideyası da poetik olaraq təzahür edib. Sufizmdə yaradılan hər şey Allahındır, elə bir növ duadır.

“Atlar-çöllərin duasıdır” ifadəsi ayrılıqda mistika, magik-realizmdir. Varlığın, canlının öz ideyasına, kökünə yönəlməsi, aidliyi isə Aristotelin “Hər varlıq öz ideyasına yönəlir” düşüncəsi ilə səsləşir.

Gəlmiş isə ömrünə
bir qadın könlüyalın
göz yaşı sevginin sərmayəsidi.

Bu misralardakı qadın isə cism yox, ruhsal məsələdir. Sevginin metafizikasına baxsaq, qadının insan ruhuna bu cür gəlməyinin, göz yaşı kimi əzabı, kədəri xatırladan anlayışın sevginin kapitalına bənzətməsi sadəcə və sadəcə möhtəşəmdir.

Xatirələr səfində
mühtəmələn
səadətli günü vardır
yetimçə bir tifilin də.
Bu gecənin qəfilində
səni düşündüm, Setara…

Səhv etmirəmsə, Prustun yaddaş fəlsəfəsi ilə bağlı hansısa bir məqalədə oxumuşdum: “Yaşananlar geriyə çevrilə bilməz, yalnız xatırlana bilər”. Sözügedən bu misralarda Şəhriyar Del Gerani yaşananları təkcə xatırlamır, həm də boylanır. Yəni, şair əslində, qadına yox, öz keçmişinə ağlayır: Məhz bu misralardakı kimi.

“Evinizin qarşısında
pəncərinizin altında dayandım və ağladım.
Demək ki,
bir kişi
evinizin qarşısında, pəncərənizin altında
dayanarmış və ağlaya bilər imiş
günlər böylə keçər imiş, Setara,
nə fərq edər
ya bir qadın bədənində, ya bir kişi bədənində?
Bir də gördün ömür dar gəlir əyninə…”

Ümumilikdə “nə fərq edər
ya bir qadın bədənində, ya bir kişi bədənində?” misraları isə gender anlayışının sevgi məhfumunda mənasızlığını göstərir.

“Ömür dar gəlir” misrası isə həm ekzistensial sıxıntıdır, həm də dərinə gedəndə Nəsiminin “Məndə sığar iki cahan” misraları ilə səsləşir.

Çiçəklərin açışını
çayların axışını
buludların yağışını sən dəyişdin, ya Rəb!

“Tanrıya üsyanın ən poetik nümunəsi” nominasiyası təşkil edilsə, heç şübhəsiz, bu misra qalib gələr.

Ömür uzandı-uzandı,
bacım yuxuyozandı,
bu sevgili gecə içrə
qarğa səsi də azandı, ya Rəb!

Qarğa səsinin ölümə, bədbəxtliyə, kədərə aid olduğunu düşünsək, Azan səsi ilə eyniləşməsi, əslində, yenidən Sufizmə yaxınlaşmadı. Yəni, hər şeyin Allaha xidmət edir. Üstəlik, hər iki səs insana ölümü xatırladır. Şəhriyar Del Geraninin bu şeirdəki qarğa səsi kədərin fon musiqisidir. Qarğa həm də təbiətdə olduğu kimi, bi şeirdə də təhliyin, tənhalığın ifadəsidir.

Görəsən çəkdirdiyim
bunca əzablar içində
getmək həvəsim də nəydi?
Sənə bir etiraf borcum qaldı, Setara:
Günahlarımı güllə kimi sıxdım ömrümə,
məndən savayı hamıya dəydi.
Yollar uzandı-uzandı,
bacım yuxuyozandı,
məni özümdən qoru, ya Rəb…

Şeiri tamamlayan bu misralarda ayrı-ayrılıqda bütün izahları özündə birləşdirir.

Həm duadır, həm boşluqdan qaçmaq.

“Məni özümdən qoru, ya Rəb” , “İnsanın ən böyük düşməni özüdür” ifadəsinin poetikasıdır.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 İyul 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2072

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see255

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see220

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see176

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see175

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see137

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri