Şəhriyar Əliyev “Kəpəz”dən sonra daha iki kluba “yox” dedi
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Əliyev daha iki klubun təklifini geri çevirib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, I Liqa təmsilçiləri "Karvan-Yevlax" və "Gəncəbasar" (əvvəlki "Cəbrayıl") 33 yaşlı müdafiəçini heyətinə qatmaq istəyib.
Lakin təcrübəli futbolçu hər iki təklifə mənfi cavab verib. Şəhriyar Əliyev daha əvvəl Premyer Liqa təmsilçisi "Kəpəz"in təklifini də qəbul etməmişdi.
Qeyd edək ki, millimizin sabiq üzvü son olaraq 2022-ci ildən "Turan Tovuz"un formasını geyinib və komandanın kapitanı olub. Hazırda isə yeni klub axtarışlarını davam etdirir.
Bu mövzuda digər xəbərlər:Şəhriyar AzTV dən getdi
16 İyul 2025 21:41
Şəhriyar Əliyev vəfat etdi
05 Sentyabr 2026 10:25
PFL də adı yox idi, “Kəpəz”dən cavab gəldi
27 Avqust 2026 13:05
Şəhriyar Əbilov AzTV dən ayrıldı KONKRET
16 İyul 2025 23:54
Debütant həmişə həvəsli olur Şəhriyar Əliyev
12 Avqust 2025 18:46
Baxış sayı:149
Bu xəbər 06 Avqust 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















