Icma.az
close
up
RU
Şəhriyar niyə illərlə Təbriz həsrəti çəkdi? Heydərbabaya salam ın pərdəarxası

Şəhriyar niyə illərlə Təbriz həsrəti çəkdi? Heydərbabaya salam ın pərdəarxası

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Məhəmmədhüseyn Şəhriyarın anım günüdür.

Kulis.az şairin həyat və yaradıcılığı haqqında materialı təqdim edir.

Əsl adı Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi olan Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib.***


Məşrutə inqilabı illərində ailəsi Şəhriyarı Heydərbaba dağının ətəyində yaşayan nənəsinin yanına yollayır. İnqilab yatışandan sonra o, ailəsinin yanına geri qayıdır.

Şəhriyarın ədəbiyyata marağı uşaqlıq illərindən yaranıb. O, 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə farsca şeirlər yazmağa başlayıb. Hafizin, Məhəmməd Füzulinin qəzəllərini oxuyub, onların bədii nümunələrindən bəhrələnib.

***

İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində alır. Behcət təxəllüsü ilə şeirlər yazmağa başlayır. Məhəmməd Hüseyn Tehranda olarkən Behcət təxəllüsünü bəyənmir və iki rəkət namaz qılır, sonra Hafizin kitabı ilə fal açır və bundan sonra özünə Şəhriyar təxəllüsünü götürür.
Şəhriyar Tehrana gəldiyi ilk günlərdən Ustad Əbulhəsən Səba ilə tanış olur, saz (setar) çalmağı və İran musiqisinin bir çox növlərini ondan öyrənir. Mədrəsə təhsili başa çatandan sonra Tehran universitetinin tibb fakültəsində təhsil alır.

Tələbəlik illərində Sürəyya adlı gözəl bir qıza vurulan Şəhriyar o qıza şeirlər həsr edir. Deyilənlərə görə, həmin vaxt Sürəyyanı şahın qohumlarından olan başqa bir nəfər də sevir. Qızın və şahın qohumları Şəhriyara təzyiq etməyə başlayır. Universitetin son kursunda şah rejimi onu Nişapura sürgün edir. Sevgilisi üçün bəstələnən şeirlərin içərisində ən məşhuru "Yar qasidi" şeiri olub ki, sonralara şair bu şeiri ağlaya-ağalaya məclislərdə deyib. Şəhriyar sevgisini belə ifadə edib:

"Sürəyyanın eşqi olmasaydı men şair yox, həkim olardım"...

***

Bəzi mənbələrdə isə Şəhriyarın sürgün edilməsinə səbəb kimi onun şah haqqında yazdığı qəsidədə şahı tənqid etməsi olub. 1937-ci ildə Şəhriyar sürgündən Təbrizə qayıdır.

20-ci illərin ortalarından etibarən o, artıq istedadlı gənc şair kimi tanınmağa başlayır. “Mahi səfərkərde”, “Tuşeyi-səfər”, “Pərvanə dər atəş”, “Qoğayi-qurub”, “Buyi-pirahən”, “Pərto payənde”, “Yari qədim”, “Xumari şəbab”, “Naleyi nakami”, “Şahidi pəndari”, “Şəkərin pistə xamuş”, “To be man və digəran”, “Naleyi-noumidi”, “Qurubi Nişabur”, “İntizar”, “Əşki Məryəm”, “Şairi əfsanə” kimi əsərlərini yaradır. Şəhriyarın şah əsərlərindən biri isə 400 beytlik “Təxti Cəmşid” əsəri olur.

***

Şəhriyar 1951-ci ildə ona böyük məşhurluq gətirən “Heydərbabaya salam” şeirini yazır. Bu poema sabiq Sovetlər Birliyi xalqlarının 90 faizinin dilinə tərcümə və çap olunur.
Şeirin Türkiyədə tanınmasının səbəbkarı isə Məhəmməd Əmin Rəsulzadə olur.

1952-ci ildə Şəhriyarın anası vəfat edir. Şair bundan bir il sonra Təbrizə gəlir və qohumları olan Əzizə Əmid Xaliqi xanımla ailə qurur. Bu evlilikdən Şəhrzad, Məryəm və Hadi adlı üç övlad dünyaya gəlir.

***

1967-ci ildə nəsx xətti ilə Quranı yazmağa başlayır və onun üçdə bir hissəsini tamamlayır.

***

Şəhriyar azərbaycanlı şair və yazıçılarla tez-tez məktublaşır, yazışır. Molla Pənah Vaqifin 250 illik yubileyinə gəlməyi planlaşdırsa da, buna mane olanlar da tapılır. Yazıçılar Birliyi onun Bakıya gəlişi üçün dəvətnamə göndərir. Amma dəvətnamə Şəhriyara yox, başqa birinə çatır. Bu səbəbdən də Şəhriyar çox arzulasa da, Azərbaycana gələ bilmir. Onun gələ bilməməsindən məyus olan həmkarı Məmməd Araz “Gəlmədi” adlı şeir də yazır.

1974-cü ildə Şəhriyarın həyat yoldaşı Əzizə xanım dünyasını dəyişir. Şair bu hadisədən çox sarsılır. Özünü yaradıcılıq və ədəbiyyatla ovutmağa çalışır.

***

Ustad ömrünün son illərində Tehranda yaşayır. Amma çox istəyirdi ki, Şiraza gedib Hafizin məqbərəsinin yaxınlığında yaşasın. Bu istək onun “Ey Şiraz” və “Dər barqahi Sədi” şerlərində öz əksini tapıb. Amma sonralar bu fikrindən dönür. Tehranda yaşamaqdan yorulduğu üçün hara gedəcəyi barədə bir qərara gələ bilmir. Bir gün isə o, heç kəsə, hətta ailəsinə də bildirmədən Tehrandan Təbrizə köçür.

***

Ömrünün son günləri Tehranın Mehr xəstəxanasında yatır. 1988-ci il sentyabrın 18-də o, ağciyər iltihabı və ürək çatışmazlığından dünyasını dəyişir. Öz vəsiyyətinə görə Təbrizdəki Surxab qəbiristanlığında “Məqbərətüş-şüəra”da (“Şairlər məqbərəsində”) dəfn edilir. Onun ölümü İranda “Milli şeir” günü kimi qeyd olunur.

Ridli Skottun yeni "The Dog Stars" filmi - Kino tənqidçiləri nə deyir? Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb Rəsulzadənin dostu, kommunizmin düşməni - Türküstanlı jurnalistin keşməkeşli həyatı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Sentyabr 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri