“Səhvlər hər zaman olur“ Qurban Qurbanov
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Əvvəlcə ötən gün Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "Sabah"ı təbrik edirəm. Böyük uğurdur. Bizə gəlincə, oyuna yaxşı hazırlaşmışıq. Uğurlu nəticə qazanmaq istəyirik. İnanıram ki, futbolçular sonadək döyüşəcəklər. Sabah müəyyən rotasiyalar olacaq".
Moderator.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda Ukraynanın “Dinamo” (Kiyev) komandasına qarşı keçirəcəkləri cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
"İlk oyunda hücum xəttində rotasiyalar etdik. Səhvlər hər zaman olur. Rəqiblər səni səhvə məcbur edirlər. Bir də matçda temp zəif olanda bunlar baş verir. Hələ də oyunçular bir-birlərini meydanda tam olaraq tamamlaya bilmirlər. Üç matçdır ki, qol vura bilmirik. Bu da bizə psixoloji təsir göstərir. Əlbəttə ki, komandada müəyyən problemlər var. Ən yaxşı vaxtımızda belə problemlər olub", - deyə baş məşqçi əlavə edib.
İlk görüşdə Abdullah Zubirin fərqli mövqedə oynamasına toxunan çalışırdırıcı bu sualın futbolçuya verilməli olduğunu söyləyib: "Çünki bəzən oyunçu özü də düşənməlidir ki, mən niyə öz yerimdə oynamıram".
Baş məşqçi Zubirin komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirmək istəməyib: “Bu cür xəbərlər hər dəfə olur. Gəlin, sabahkı oyun barədə düşünək. Hazırda fikrimizi cavab görüşünə yönəltmişik".
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Dinamo” oyunu saat 20:00-da başlayacaq. İlk matçda Kiyev təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 12 Avqust 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















