Icma.az
close
up
RU
Şeiri və mistisizmi sənətə çevirən rəssam Uilyam Bleyk kim idi?

Şeiri və mistisizmi sənətə çevirən rəssam Uilyam Bleyk kim idi?

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün ingilis şair, rəssam və mistik Uilyam Bleykin anım günüdür.

Kulis.az İlknur Acarın "Şeiri, mistisizmi və xəyal gücünü sənətə çevirən rəssam" yazısını təqdim edir.

“Əmələ çevrilməyən arzu ruh pozuntusuna yol açar”. Bu sözlər Uilyam Bleykə məxsusdur. Bəlkə də bu cümlə onun bütün dünyasının xülasəsidir. Çünki Bleyk yalnız rəssam və ya şair deyildi; o, öz mifologiyasını yaradan, ruhani görüntüyə inanan, şeirlə rəsmi eyni kainatda birləşdirən çox qeyri-adi bir sənətkar idi. Yaşadığı dövrdə insanların çoxu onu “qəribə” hesab edirdi, bu gün isə o, romantizm cərəyanının ən mühüm öncüllərindən biri kimi qəbul olunur.

Uilyam Bleyk 1757-ci ildə Londonun Qolden Skver bölgəsində, uğurlu bir iş adamının ailəsində anadan olub. O, kiçik yaşlarından etibarən xəyallar gördüyünü, ruhlarla danışdığını və mələklər gördüyünü iddia edirdi. Hətta qardaşı Robert vəfat edərkən onun ruhunun göyə yüksəldiyinə şahid olduğunu söylədiyi bildirilir. Bu səbəbdən bir çox sənətşünas Bleykin mənəvi dünyasının olduqca fərqli olduğunu düşünür.

Uilyam Bleykin sənət tarixindəki ən böyük təsiri şeiri, rəsmi, qravüranı və mistik təfəkkürü vahid bir dünyada birləşdirməsidir.

Bleyk kitablarının həm şeirlərini yazır, həm təsvirlərini çəkir, həm də çap işlərini özü hazırlayırdı. Beləliklə, mətn və təsvir onun sənətində bir-birindən ayrılmaz hala gəlmişdi.

Bleykin əsərlərində mələklər, şeytanlar, İncil personajları, mistik rəmzlər və şəxsi mifoloji fiqurlar yan-yana yer alır. Bu səbəbdən onun əsərləri bəzən şeirdən çox röyanı xatırladır.

O, 10 yaşında Kovent Qardendəki rəsm məktəbində təhsil almağa başladı və 1779-cu ildə Kral İncəsənət Akademiyasına qəbul olundu. Burada canlı modellərdən, meyitlərdən və antik heykəllərdən rəsmlər çəkdi. Xərclərini qarşılamaq üçün isə romanlara, kataloqlara və kitablara qravürlər hazırlayırdı.

1784-cü ildə bir mətbəə açsa da, uğur qazana bilmədi. Qısa müddət sonra qardaşı Robert vəfat etdi. Bleyk qardaşının ruhunun ona göründüyünü və şeirlə rəsmi eyni çap səthində birləşdirən gizli bir üsul öyrətdiyini iddia etdi. 1788-ci ildən etibarən bu üsulla illüstrasiyalı kitablar istehsal etməyə başladı və bu dövr onun ən yaradıcı illəri oldu. Bleyk yağlı boyanı kifayət qədər "xətti" hesab etmədiyi üçün tempera, akvarel, qabartma qravür və ağac üzərində çap kimi texnikalara üstünlük verirdi.

Mikelancelo Bleykin ən böyük ilham mənbələrindən biri idi. Xüsusilə güclü fiqur istifadəsi, dramatik kompozisiyalar və əzələli anatomiya Bleykin əsərlərində Mikelandjelo təsirini açıq şəkildə göstərir.

1789-cu il Fransa inqilabından sonra Bleykin əsərləri daha siyasi və radikal xarakter aldı, o, azadlıq, məhkumiyyət və insan ruhu mövzularına daha çox diqqət ayırmağa başladı. Bu dövrdə ən mühüm əsərlərindən biri olan "Cənnət və cəhənnəmin nikahı"nı ərsəyə gətirdi. 1790–1793-cü illər arasında tamamlanan bu əsər şeir, qravür, mistik təfəkkür və fəlsəfi aforizmlərdən ibarət idi. Bleyk və həyat yoldaşı Ketrin çap olunmuş nüsxələri birlikdə rəngləyirdilər.

Bleykin ən məşhur əsərlərindən biri "The Ancient of days" adlanır. 1794-cü ilə aid bu əsər akvarel, mürəkkəb, qabartma qravür və qızıl boyadan istifadə edilərək hazırlanmışdır və hazırda Britaniya Muzeyində saxlanılır.

Rəsmdə pərgarla kainatı ölçən güclü bir fiqur təsvir olunub. Kilsə təlimləri ilə zaman-zaman ziddiyyət təşkil edən Bleyk üçün bu fiqur Tanrının gücünü, qüsursuzluğu və yaradılışı təcəssüm etdirir.

1800-cü ildə yazıçı Uilyam Heyli tərəfindən Sasseksdəki mülkünə dəvət edilsə də, Bleyk burada kiçik sifarişlərdən, sıradan mühitdən və sənətkarlıq məhdudiyyətlərindən boğularaq 1803-cü ildə yenidən Londona qayıtdı.

1809-cu ildə qardaşının quru meyvə və parça dükanında sərgisini açdı, lakin əsərləri məsxərəyə qoyuldu. Hətta bəzi tənqidçilər onu “ziyansız bir dəli” kimi qələmə verirdilər. 1810-cu ildə o, artıq yoxsullaşmış, təcrid olunmuş və sənət mühitindən uzaqlaşmışdı.

Bleykin son dövrünün ən mühüm işlərindən biri "Yerusəlim" ("Qüds") oldu. Bu əsər müharibə, azadlıq və insan ruhu haqqında böyük bir epik nəsr idi.

O, 60 yaşını keçdikdən sonra gənc sənətkarlar onun dəyərini anlamağa başladılar. Ömrünün son illərində Bleyk "İlahi Komediya" üçün illüstrasiyalar hazırladı.

Bleykin əsərlərinə baxarkən yalnız bir rəsm görmürsünüz; sanki bir röyanın, mistik bir vizyonun və şeirsel bir kainatın içinə daxil olursunuz. Bəlkə də onu bu qədər özəl edən cəhət məhz real dünyadan çox insan ruhunun daxili aləmini təsvir etməsi idi.

Uilyam Bleyk 12 avqust 1827-ci ildə Londonda vəfat etdi. Bu gün o, romantiklərin, simvolistlərin və sürrealistlərin öncülü hesab olunur.

Yaşadığı dövrdə diqqətdən kənarda qalsa da, bu gün həm şeir, həm də sənət tarixində çox xüsusi bir mövqeyə sahibdir.

Baba gölü nağılı - Coşqun Xəliloğlunun hekayəsi Stiven Kinqin məşhur romanı əsasında film çəkiləcək Cem Yılmazın yeni filmindən maraqlı kadr - 13 yaşlı oğlu rejissor kürsüsündə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Avqust 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri