Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Şeirimizin AĞ SƏSİ

Şeirimizin AĞ SƏSİ

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Bu dəfə sizə Qulu müəllimdən danışmaq istəyirəm. Yox, yox, tələsməyin, professor Qulu Məhərrəmlini deyil, əməkdar jurnalist Qulu Zeynalovu nəzərdə tuturam. Onu həm də şair Qulu Ağsəs kimi tanıyırlar. Söhbətim maraqlı olsun deyə, araşdırarkən qarşıma çıxan müxtəlif müsahibələrindən nümunələr də gətirməyə çalışacağam. Həm ədəbi jurnalın baş redaktoru, həm bir şair və həm də bir insan kimi onun haqqnda söyləyəcəyim fikirlərin obyektiv olacağına ümid edirəm…

Deyir ki:- “Əsil şeir odur ki, onu başqa dillərə çevirmək mümükündür. Əgər mən şeiri doğma dilin üstündə yox, dilin qırağında yaradıramsa, o batdı getdi. Bunu bir dəmiryolu kimi təsəvvür etmək olar. Dil özü bir dəmir yoludu. Biz şeirləri bu “relsin” üstünə qoyanda yol nə qədər uzanırsa, şeir də o qədər gedəcək. Əgər şeiri kənara qoymuşuqsa, onlar yanlarından ötən şeirlərə əl eləməklə məşğul olacaqlar. Bu gün Azərbaycanda baxıb əl olunası yüzlərlə, minlərlə “poetik” nümünələr yaranır. Onları həqiqətən də əsil şeirdən ayırmaq çox çətindir...”

1969-cu ildə Ağdamda dünyaya gəlib. İlk şeirini doqquz yaşında yazıb. Amma on bir yaşından mətbuatda çap olunmağa başlayıb. Daha dəqiqi, ilk dəfə Lenin haqqında yazdığı şeir "Azərbaycan pioneri" jurnalında çap olunub. Böyük ədəbiyyata isə 1990-cı ildə "Ulduz" jurnalında çap olunan şeirləri ilə təşrif buyurub. İndiyədək şeirləri türk, rus, özbək, gürcü, ukrayna, polyak dillərinə tərcümə edilib. Bir neçə kitabın müəllifidir. 2015-ci ildə “Azərbaycanın əməkdar jurnalisti” fəxri adına layiq görülüb. On ildən çoxdur ki, “Ulduz” jurnalının baş redaktorudur...

“Bu gün dünya ədəbiyyatında siyasiləşmə motivlərini hiss etməmək mümkün deyil. Dünya ədəbiyyatı adı ilə bukmeyker kontorları səviyyəsində təbliğatı aparılan, çox asanlıqla bestsellerə çevrilən əsərlər hardansa idarə olunur. Xüsusilə son illərin ədəbiyyat sahəsində verilən “Nobel” mükafatıları birmənalı olaraq siyasi yük daşıyır. Yəni hansısa ölkənin tutduğu mövqeyə görə bu mükafatlar təqdim olunur. Məsələn, insan haqları uğrunda mübarizəyə görə, “Nobel” mükafatı verilimiş azərbaycanlı Şirin İbadiyə bu mükafatın verilməsi İrana olan antipatiyadan irəli gəlir. O qadın “Nobel” mükafatınını əsasnaməsində nəzərdə tutulan heç bir bəndə uyğun gəlmir. Sadəcə, İrandakı insan haqları ilə bağlı problemləri qabartmaq və bununla da beynəlxalq təzyiq göstərmək üçün bu adı İbadiyə veriblər. Mən həmişə demişəm ki, Orxan Pamuka verilən “Nobel” mükafatı ermənilərin və kürdlərin hesabınadır. Pamuk Türkiyədə erməni soyqırımının olduğunu və kürdlərin huquqlarınn pozulması ilə bağlı fikirləri dəstəkləyirdi. Bu dünyanın xoşuna gəldi. Odur ki, ədəbiyyata basqıların olması faktdır. Bilirsinizmi, əvvələr dünyanı ədəbiyyat idarə edirdi, indi isə siyasət idarə edir. Əslində siyasət özü də sözdür. Sanki siyasi söz ədəbi sözdən intiqam alır...”- söyləyir.

Mülahizələri güclüdür, ədəbiyyatın belə siyasiləşməsindən çox narahatdır. Amma ümidlərini itirmir...

Deyir ki:- “Bir dəfə belə bir status yazmışdım: "Allah, sən təksən, yoxsa səni təkləyiblər?” Bu gün Allah "təklənib”. Ateizm dəb halına çevrilib. Mən Allahı çox istəyirəm və bizim münasibətimiz qorxu üzərində qurulmayıb. İndi elə dövrdür ki, evdə həyat yoldaşına, işdə müdirinə səsini qaldıra bilməyənlər başlayırlar Allaha "ilişməyə”. Mən istəməzdim ki, insanlar Allahdan qorxsun. O, bizi yaradıbsa, sevib yaradıb. Qorxu özünümüdafiə deməkdir. İnsan itirəcəyi nəsə olanda qorxmağa başlayır. Əgər sənin xəzinən olsa, onun başında ilan kimi yatacaqsan ki, qoruyasan. Amma daxılında bir qara qəpiyin də yoxdursa, onu qorumağa da ehtiyac qalmır. Qorxu da şübhədən yaranır. İnsanın içində həmişə hər şeyə qarşı şübhə olmalıdır. Məsələn, mən İsa Hüseynovun oxucusuyam, İsa Muğannanın yox. Amma yenə də İsa Muğanna kimi yazdığı əsərləri tam şəkildə inkar etmirəm. Məndən bunun səbəbini soruşanda cavab verirəm ki, sabah vəziyyət dəyişə bilər. Həyatda hər şey mümkündür. Mən heç nəyin altından birmənalı şəkildə qol çəkə bilmərəm. Amma bir şeydən adım kimi əminəm. Bir gün "ASAN” Xidmətin qarşısında azərbaycanlılar Marsa bilet almaq üçün dayanacaqlar, amma yenə də növbə mədəniyyəti olmadan...”

Bu söylədikləri onun bir ədəbiyyatçı, baş redaktor kimi düşüncələridir. İndi də sizə onun poeziyasından nümunə təqdim etmək istəyirəm. Adsız şeirlərindən birində yazır:

“Bu dünyada
heç kəsə demədim...
O dünyada soruşsalar:
sən kimsən?
-gözümü yumub,
ağzımı açacam!
Deyəcəm ki:
altındakı skamyada
bir yol özü oturmayan
yorğun ağacam...”

Ümumiyyətlə, onun şeirlərini oxuduqca ənənəvi şərq poeziyası ilə qərb poeziyasının sintezinin şahidi olursan. Bu şeirlərdə həm ənənəvi poeziyaya məxsus lirika, bədii bənzətmə, qafiyələnmə də var, eyni zamanda qərb poeziyasındakı kimi, bütün qəliblərdən kənar sərbəstlik də. Belə poeziya nümunələrinin oxucuları gələcəkdə daha çox olacaqlar. Bir də ki, bü cür şeirləri xarici dillərə çevirmək də asandır. Bu isə əcnəbi oxucuların da poetik zövqünü oxşaması deməkdir...

O ki qaldı onun şəxsi keyfiyyətlərinə, öncə onu deyim ki, hər gələn yeni günə həvəslə və səbirsizliklə başlayır. Sanki enerji və maqnit dinamosudur. Xarizmatikdir və liderlik bacarığı ilə doludur. Heç vaxt naməlum olanı araşdırmaqdan qorxmur. Demək olar ki, impulsiv, inadkar və iradəli insandır. Daxili gücü o qədər çoxdur ki, hər hansı bir problemi dəf etməyə qadirdir. Süstlükdən zəhləsi gedir, ləng hərəkəti xoşlamır. Onunla rəqabətə girmək ağılsızlıqdır. Bu baş verərsə mübarizədən qalib çıxan, o olacaq...

Nə isə, düşnürəm ki, Qulu Ağsəs haqqında az da olsa sizə məlumat verə bildim. Bu gün- aprelin 20-si onun doğum günüdür, 56 yaşı tamam olur. Bu dəfəki ad günü Pravoslav xristianların Pasxa bayramına düşüb. Onu yeni yaşı münasibətilə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram...

Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Aprel 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see717

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see681

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see680

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see517

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see485

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see473

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see415

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see367

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see358

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see357

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see349

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see346

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see339

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see337

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see334

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see330

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see328

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see319

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see307
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri