Icma.az
close
up
RU
Şəkərli diabetlə bağlı bəzi yanılmalar

Şəkərli diabetlə bağlı bəzi yanılmalar

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəkərli diabet bütün dünyada ən çox yayılmış xəstəliklərdən biridir. İldən ilə bu xəstəlikdən əziyyət çəkən insanların sayı artır.

Həkimlər tez-tez deyir ki, şəkərli diabet xəstəlik deyil, həyat tərzidir. Bu nə deməkdir? Məsələ burasındadır ki, şəkərli diabet xəstəsi qanda şəkərin səviyyəsini normada saxladıqda (bu işdə insana müəyyən müalicə, pəhriz, idman məşğələləri və s. kömək edir), adi sağlam insan kimi yaşaya bilər. Yəni şəkərli diabet bu insanın sağlamlığına heç bir ciddi ziyan vurmayacaq.

Əksinə isə insanın qanında şəkərin səviyyəsi daim normadan yüksək olduqda bu bir çox təhlükəli və geriyədönməz pozulmalara səbəb olur. Belə ki, bu qrup xəstələrdə infarkt və insult kimi ağır pozulmaların riski sağlam insanlarla müqayisədə bir neçə dəfə artmış olur. Bundan əlavə belə xəstələrdə korluq ("diabetik retinopatiya"), ayaq barmaqların və ayaqların amputasiyası, böyrək çatışmazlığı və s. kimi çox ciddi ağırlaşmalar mümkündür. Bu ağırlaşmalardan özünü xilas etmək üçün şəkərli diabet xəstəliyi olan insan qanda şəkərin səviyyəsini daim normada saxlamağa çalışmalıdır.

Bəzən bu xəstəliyə təzə tutulmuş və ya müəyyən "stajı" olan xəstələr öz xəstəliyi, onun müalicəsi haqqında yanlış fikirdə olurlar. Bu yanılmalar onlar üçün çox təhlükəli ola bilər.

1. Bir çox diabet xəstələri fikirləşir ki, bu xəstəliyi xalq təbabəti üsulları ilə müalicə etmək mümkündür. Bunun üçün onlar müxtəlif otlar, qidalar (məsələn, qarabaşaq sıyığı qatıqla) və s. istifadə edir. Lakin bu çox təhlükəli yoldur. Bəli, bəzi xalq təbabəti üsulları şəkərli diabet zamanı köməkçi vasitə kimi istifadə oluna bilər. Lakin bu vasitələr yalnız əsas müalicə ilə yanaşı olaraq və yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə oluna bilər. Heç bir xalq təbabəti üsulu xəstənin qanında şəkəri daim normada saxlaya bilməz. Bunu əksər hallarda yalnız xüsusi dərmanlar və pəhrizin köməyi ilə etmək mümkündür.

2. "İnsulin və şəkəri normaya salan həblər ziyanlıdır". Bu da şəkərli diabet xəstələri arasında çox yayılmış və çox təhlükəli yanılmadır ki, xəstələr "ziyanlı" dərmanlardan qorxaraq onların dozasını özbaşına azaldırlar.

İnsulin bizim orqanizmimiz tərəfindən "istehsal olunan" hormondur. Bu səbəbdən xəstəyə lazım olan dozada təyin olunmuş insulin ziyanlı ola bilməz. Bu birmənalıdır. Müasir insulin preparatları ziyansızdır və onların heç bir yanaşı təsirləri yoxdur.

Həblərlə vəziyyət bir qədən çətindir. Həblər orqanizm üçün yad kimyəvi maddələrdir və onların bəzi yanaşı təsirləri mövcuddur. Lakin lazım olan dozada təyin olunmuş həblərin orqanizmə mənfi təsiri yüksək şəkərin təsiri ilə müqayisədə çox-çox cüzidir.

3. "Həkim məni insulinə keçirdib, deməli, mənin vəziyyətim çox ağırdır". Şəkərli diabet xəstələrində elə vəziyyət yarana bilər, ki xəstə əvvəl həblər qəbul edirdi, daha sonra isə həkim ona insulin təyin edir. Bu narahatçılıq üçün səbəb deyil. Həkimin təyinatına ciddi əməl edin.

4. Bir çox xəstələr arasında belə bir fikir yayınmaqdadır ki, "əgər mən dərman içirəmsə, istədiyim qidalar qəbul edə bilərəm". Bu çox səhv fikirdir. Diabet xəstəsi mütləq müəyyən pəhriz saxlamalıdır. Bu haqda müalicə həkimi xəstəyə geniş məlumat verir. Bu pəhriz zəruridir. Dəqiqliklə pəhriz saxlayan şəkərli diabet xəstəsinin qanında şəkər "oynamır" və bu onu xəstəliyin mümkün olan ağırlaşmalardan qoruyur. Bundan əlavə belə sözə baxan xəstəyə təyin olunan dərmanların dozaları pəhriz saxlamayan xəstə ilə müqayisədə daha aşağı olur. Yəni pəhriz saxlayan xəstə üçün qanda şəkərin səviyyəsini normada saxlamaq üçün daha az miqdarda dərman lazım olur.

5. İdman diabet xəstəsi üçün ziyanlı deyil, əksinə çox xeyirlidir. Hətta peşəkar idmançılar arasında şəkərli diabet xəstələri var.

Şəkər (qlyükoza) bizim əzələlərimiz üçün "yanacaq" funksiyasını yerinə yetirir. Nəticədə idman məşğələləri zamanı çoxlu miqdarda qlyükoza istifadə olunur. Belə məşğələlər müntəzəm olmalıdır. Təbii ki, belə məşğələlərə yalnız müalicə həkimi ilə məsləhətləşdikdən sonra başlamaq olar.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 06:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri