Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

Şəkərli içkilər yeniyetmələri məhv edir

Şəkərli içkilər yeniyetmələri məhv edir

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni bir elmi araşdırma şəkərli içki istehlakının azaldılmasının, xüsusən də yeniyetmələrin zehni sağlamlığına müsbət təsir göstərə biləcəyini ortaya qoyub. Araşdırmaya görə, narahatlıq simptomları tez-tez qazlı içkilər, şəkərli meyvə şirələri və enerji içkiləri istehlak edən yeniyetmələrdə daha çox rast gəlinir. Mütəxəssislər yeniyetməlik dövründə zehni sağlamlıq problemlərinin artdığını və qidalanma vərdişlərinin də bu vəziyyətə təsir edə biləcəyini qeyd edirlər.

Hürriyət.com.tr yazır ki, 2000-2025-ci illər arasında dərc olunmuş tədqiqatları araşdıran araşdırma, araşdırılan doqquz tədqiqatdan yeddisində şəkərli içki istehlakı ilə narahatlıq səviyyəsi arasında əhəmiyyətli bir əlaqə olduğunu aşkar edib. Nəticələrə görə, çox miqdarda şəkərli içki istehlak edən gənclərdə narahatlıq pozğunluğu diaqnozu qoyulma ehtimalı 34 faiz daha yüksəkdir. Bununla belə, tədqiqatçılar nəticələrin birbaşa səbəb-nəticə əlaqəsi göstərmədiyini və narahatlıq yaşayan gənclərin daha çox şəkərli içkilərə müraciət etmələrinin də mümkün olduğunu vurğulayırlar.

Mütəxəssislər gündəlik şəkər qəbulunu təxminən 30 qramla məhdudlaşdırmağı tövsiyə edir və qeyd edirlər ki, tək bir qazlı içki bu miqdarı aşa bilər. Alimlərin fikrincə, su, süd və ya şəkərsiz içkilər seçmək kimi sadə vərdiş dəyişiklikləri gənclərin həm fiziki, həm də zehni sağlamlığının dəstəklənməsində mühüm rol oynaya bilər.

Şəkərli içkilər, qazlı sular, enerji içkiləri, hazır meyvə şirələri tez-tez və çox miqdarda qəbul edildikdə orqanizmə ciddi zərər verir. Çəki artımı və piylənmə ən çox rast gəlinən əlamətlərdəndir. Şəkərli içkilər “boş kalori” verir, yəni enerji var, amma faydalı qida maddəsi, məsələn vitamin, lif və s. yoxdur. Maye şəkər insanı tox tutmur, nəticədə daha çox yemək yeyilir.

Şəkərli diabet riski də çox rastlanan əlamətlərdəndir. Daim yüksək şəkər qəbulu qanda qlükozanı artırır və zamanla insulin müqaviməti yarada bilər. Bu da 2-ci tip diabet riskini yüksəldir. Şəkər və turşu birləşməsi eyni zamanda diş minasını zədələyir. Xüsusilə qazlı içkilər diş üçün daha təhlükəlidir.

Şəkərli içkilər ürək-damar problemləri də yaradır. Çox miqdarda şəkər qəbulu pis xolesterini (LDL) artıra, yaxşı xolesterini (HDL) azalda, təzyiqi yüksəldə bilər. Bu da ürək xəstəlikləri riskini artırır.

Qaraciyərə təsiri də çox böyükdür, xüsusilə fruktoza tərkibli içkilər qaraciyərdə yağlanmaya səbəb ola bilər. Şəkərli içkilərin bir təsiri də enerji dalğalanmasıdır, çünki şəkər qanda sürətlə qalxır və sonra tez düşür. Nəticədə halsızlıq, əsəbilik, diqqət azalması meydana gəlir. Dəri problemləri də çox rastlanan əlamətlərdəndir. Həddindən artıq şəkər sızanaq və iltihabi dəri problemlərini artıra bilər.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Mart 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see346

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see333

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see322

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see319

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see308

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see305

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see277

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see274

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see269

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see265

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see259

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see256

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see239

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see229

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see227

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see224

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see205

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see202

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see200

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri