Icma.az
close
up
RU
Şəki festivalında Qazaxıstan teatrı tamaşaçılara Bəxtiyar Vahabzadənin əsərini təqdim edib AZƏRTAC

Şəki festivalında Qazaxıstan teatrı tamaşaçılara Bəxtiyar Vahabzadənin əsərini təqdim edib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəki, 3 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

IV Şəki Beynəlxalq Teatr Festivalının üçüncü günü, dekabrın 3-də Qazaxıstan Respublikasının Şaxmet Kusaynov adına Atınlağı Vilayəti Qazax Musiqili Dram Teatrı tamaşaçılara Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin “Göytürklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Sultan Sraulov, bəstəkarı Ruslan Şunukulov, quruluşçu rəssamı Kanat Maksutov, baletmeysteri Gaziza Alimbayevadır.

Tamaşada rolları Qazaxıstan Respublikasının mədəniyyət nümayəndəsi Kayrat Murzabolatov, Aslanbek Şaysultanov, Namus Maksatuli, Umutcan Axmetova, Gulnur Kojanova, Diyana Otalipova, Asem Şaysultanova, Nurlibek Tileules və Ercan Aubakirovoynayıblar.

“Göytürklər” tamaşası bugünkü zamanın ruhuna uyğun olaraq, Göytürk xaqanlığının 630-cu illərdə Çinə qarşı müharibəsindən bəhs edir. Keçmiş zamanlarda atalar müharibələrdə əllərində silah vuruşurdular, amma indi bu, görünməz informasiya müharibəsidir. Tamaşada günümüzün saxtakarlığı və xəyanəti, bu müharibələrdə insanların başına gətirilən bəlalar əks etdirilir. Tamaşa türk xalqları üçün ortaq dəyərləri təqdim edir və xalqları birliyə səsləyir.

Teatrsevərlər tərəfindən maraqla qarşılanan tamaşanın sonunda kollektivə festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.

Festival çərçivəsində dekabrın 4-də Özbəkistan Respublikasının Səmərqənd Vilayəti Musiqili Dram Teatrı teatrsevərlərə “Eşq vadisi” tamaşasını təqdim edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri