Şəki teatrı Qazaxıstanda keçirilən beynəlxalq festivalın mükafatına layiq görülüb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Şəki, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qazaxıstanın Aktau şəhərində keçirilən TÜRKSOY-un III Beynəlxalq Teatr Festivalına yekun vurulub. Festivala Qazaxıstan, Azərbaycan, Türkiyə, Macarıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın teatr kollektivləri qatılıb. Ölkəmizi bu festivalda təmsil edən Şəki Dövlət Dram Teatrının kollektivi tamaşaçılara Azərbaycanın Xalq şairi, dramaturq Bəxtiyar Vahabzadənin “Dar ağacı” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib.
Şəki teatrının ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tamaşaçılar tərəfindən maraqla qarşılanan səhnə əsəri festivalın “Tarixi xalqın hafizəsində qoruduğu üçün” TÜRKSOY-un özəl mükafatına layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 28 Sentyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















