Icma.az
close
up
RU
Şəkidə mağazadan oğurluq edən şəxslər tutuldu FOTO VİDEO

Şəkidə mağazadan oğurluq edən şəxslər tutuldu FOTO VİDEO

Şəki şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Polisə müraciət edən zərərçəkən obyektdə olan pulun və tütün məmulatlarının naməlum şəxslər tərəfindən talandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, şəhər-rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 26 yaşlı Vüqar Əsgərov və 19 yaşlı Elvin Məmmədov saxlanılıb. Onlar mağazanın şüşəsini qıraraq içəriyə daxil olduqlarını və ələ keçirdiklərini aralarında böldüklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

seeBaxış sayı:88
embedMənbə:https://avtosfer.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri