Icma.az
close
up
RU
Şəkidə şəhid övladları üçün keçirilən payız düşərgəsi yekunlaşdı FOTO

Şəkidə şəhid övladları üçün keçirilən payız düşərgəsi yekunlaşdı FOTO

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhid övladları və ailə üzvləri üçün Şəki şəhərində keçirilən payız düşərgəsi başa çatıb.

Publika.az xəbər verir ki, 8-11 noyabr 2024-cü il tarixlərində keçirilən Payız düşərgəsində ölkənin müxtəlif şəhər və rayonları, o cümlədən Gəncə, Şəmkir, Lənkəran, Astara, Masallı, Yardımlı və Şəkinin özündən 51 məktəbli və onların valideynləri iştirak edib. Dörd gün ərzində Azərbaycanın ən gözəl və qədim şəhərlərindən birində təşkil olunan düşərgə çərçivəsində keçirilən tədbirlərə ümumilikdə 70 şəhid ailə üzvü qatılıb.

Düşərgə zamanı uşaqlar UNESCO-nun Ümumdünya İrs siyahısında olan Şəkinin tarixi mərkəzi, Qala divarları daxilindəki tarixi-mədəni abidələr və muzeylərlə tanış olublar. Şəhid ailə üzvləri Şəki Xan Sarayı, Şəkixanovların Evi, Karvansaraylar kimi unikal memarlıq abidələrini ziyarət ediblər, Şəki Dövlət Rəsm Qalereyası, Kiş alban məbədində nümayiş etdirilən tarixi və mədəni nümunələr haqqında bilgi alıblar. Uşaqlar Şəki Xan Məscidinin sərgi zalı ilə yanaşı, bu şəhərdən olan yaradıcı şəxslərin və ədiblərin – Mirzə Fətəli Axundovun, Bəxtiyar Vahabzadənin ev muzeylərini ziyarət ediblər.

Düşərgə iştirakçıları üçün təşkil edilən proqram çərçivəsində uşaqlar ABAD keramika və tətbiqi sənət mərkəzində dulusçuluq, ebru sənəti üzrə ustad dərslərinə qatılıblar, “Şəki Bio Garden” botanika bağına səfər ediblər.

Proqram çərçivəsində düşərgə iştirakçıları üçün “Zəfər sədası” adlı musiqili tədbir də keçirilib. Tədbirin bədii hissəsində Azərbaycanın xalq artistləri Nəzakət Teymurova və Gülyanaq Məmmədova, həmçinin Azərbaycanın əməkdar artisti İlkin Əhmədov konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova iştirak ediblər.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan şəhid ailələrini bir araya toplamaq, onların asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, həmçinin uşaqlara Azərbaycanın tarixi məkanlarını tanıtdırmaqdan ibarət olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://publika.az
archiveBu xəbər 14 Noyabr 2024 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see192

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see191

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see130

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see126

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda bu əraziyə sahib çıxan yoxdur Video

16 İyul 2025 14:01see113

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see113

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri