Icma.az
close
up
RU
Şəkidə şəhid övladları üçün keçirilən payız düşərgəsi yekunlaşdı Foto

Şəkidə şəhid övladları üçün keçirilən payız düşərgəsi yekunlaşdı Foto

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhid övladları və ailə üzvləri üçün Şəki şəhərində keçirilən payız düşərgəsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 8-11 noyabr 2024-cü il tarixlərində keçirilən Payız düşərgəsində ölkənin müxtəlif şəhər və rayonları, o cümlədən Gəncə, Şəmkir, Lənkəran, Astara, Masallı, Yardımlı və Şəkinin özündən 51 məktəbli və onların valideynləri iştirak edib. Dörd gün ərzində Azərbaycanın ən gözəl və qədim şəhərlərindən birində təşkil olunan düşərgə çərçivəsində keçirilən tədbirlərə ümumilikdə 70 şəhid ailə üzvü qatılıb.

Düşərgə zamanı uşaqlar UNESCO-nun Ümumdünya İrs siyahısında olan Şəkinin tarixi mərkəzi, Qala divarları daxilindəki tarixi-mədəni abidələr və muzeylərlə tanış olublar. Şəhid ailə üzvləri Şəki Xan Sarayı, Şəkixanovların Evi, Karvansaraylar kimi unikal memarlıq abidələrini ziyarət ediblər, Şəki Dövlət Rəsm Qalereyası, Kiş alban məbədində nümayiş etdirilən tarixi və mədəni nümunələr haqqında bilgi alıblar. Uşaqlar Şəki Xan Məscidinin sərgi zalı ilə yanaşı, bu şəhərdən olan yaradıcı şəxslərin və ədiblərin – Mirzə Fətəli Axundovun, Bəxtiyar Vahabzadənin ev muzeylərini ziyarət ediblər.

Düşərgə iştirakçıları üçün təşkil edilən proqram çərçivəsində uşaqlar ABAD keramika və tətbiqi sənət mərkəzində dulusçuluq, ebru sənəti üzrə ustad dərslərinə qatılıblar, “Şəki Bio Garden” botanika bağına səfər ediblər.

Proqram çərçivəsində düşərgə iştirakçıları üçün “Zəfər sədası” adlı musiqili tədbir də keçirilib. Tədbirin bədii hissəsində Azərbaycanın xalq artistləri Nəzakət Teymurova və Gülyanaq Məmmədova, həmçinin Azərbaycanın əməkdar artisti İlkin Əhmədov konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova iştirak ediblər.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan şəhid ailələrini bir araya toplamaq, onların asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, həmçinin uşaqlara Azərbaycanın tarixi məkanlarını tanıtdırmaqdan ibarət olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 15 Noyabr 2024 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri