Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Şəkillərdən kənarda Lənkəran: İlk cənub şəhərində

Şəkillərdən kənarda Lənkəran: İlk cənub şəhərində

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Budəfəki səfərimiz Azərbaycanın cənub bölgəsinin ən gözəl guşələrindən biri - xan Lənkərana idi. Həmkarlarımla birlikdə Dövlət Turizm Agentliyinin dəstəyi ilə yola düşdük. Mənim üçün bu səfərin başqa bir özəlliyi də vardı - ilk dəfə idi cənub rayonlarına ayaq basırdım.

İndiyədək yalnız sosial şəbəkələrdə şəkillərini gördüyüm, haqqında yazılar oxuduğum o yaşıllıqları, dağları, çay plantasiyalarını və tarixi məkanları bu dəfə canlı görəcəkdim. Açığı, səfərə yola düşərkən məni ən çox maraqlandıran da məhz bu idi: ekranda gördüyüm Lənkəranla real həyatda qarşılaşanda məndə hansı təəssürat yaranacaq?

Cənuba doğru hərəkət etdikcə mənzərənin dəyişməsi də diqqət çəkirdi. Şəhərin səs-küyündən uzaqlaşdıqca yolboyu sıx yaşıllıqlar, rütubətli iqlimin yaratdığı fərqli təbiət mənzərələri və Talış dağlarının əhatəsində yerləşən kəndlər bu səfərin hələ başlanğıcdan fərqli olacağından xəbər verirdi.

İlk ünvan - Xan evi

Səfərimizin ilk ünvanı Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi oldu. Bu gün “Xan evi” kimi tanınan nadir memarlıq nümunəsi Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1912-1913-cü illərdə inşa etdirilib. Bir əsrdən artıq yaşı olan bina zamanın izlərini qorusa da, burada yaradılan müasir infrastruktur tarixi məkanın bu gün də turistlər üçün rahat şəkildə ziyarət edilməsinə imkan verir.

1978-ci ildən “Xan evi” Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Üç mərtəbədən və 12 otaqdan ibarət muzeydə Lənkəranın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən minlərlə eksponat qorunur. Muzeyin ekspozisiyası 6 bölmədən ibarətdir.

Burada tarix sadəcə vitrinlərdə nümayiş etdirilmir. Sanki hər otaq Lənkəranın keçmişindən bu günə uzanan ayrı bir hekayə danışır. Binanın memarlığı, otaqların quruluşu, qorunub saxlanılan əşyalar və eksponatlar bir araya gələndə insan özünü bir anlıq başqa dövrdə hiss edir.

Mənim üçün isə səfərin ilk dayanacağının məhz “Xan evi” olması xüsusi maraqlı idi. Çünki Lənkəranı tanımağa onun tarixindən başlamaq, daha sonra bu şəhərin bu gününü və təbiətini kəşf etmək səfərə tamam başqa məna verirdi.

Lənkəranın bambuk sirri

Növbəti dayanacağımız isə ilk baxışdan heç kimin ağlına gəlməyəcək bir məkan oldu - bambuk bağı.

Lənkəran rayonunun Talışlı kəndində yaşayan Eynulla Cəlalov 30 ildən artıqdır ki, bu ərazidə bambuk yetişdirir. Həyətyanı sahəsində mindən çox bambuk ağacı böyüdən Eynulla Cəlalov Azərbaycanda bu işlə məşğul olan nadir şəxslərdəndir.

Bambukun necə sürətlə böyüdüyünü eşitmək bir yana, onu canlı görmək tamam başqa hissdir. Hind qamışı kimi də tanınan bambuk dünyanın ən sürətlə böyüyən bitkilərindən biri hesab olunur. Ayrı-ayrı növləri 27 metrədək hündürlüyə çata bilir.

Bağa daxil olduğumuz ilk andan diqqəti çəkən də məhz bu bitkilərin sıxlığı və hündürlüyü idi. Bir-birinə qarışan bambuk gövdələri bağın içində fərqli bir atmosfer yaradırdı. Sanki Lənkəranın subtropik təbiətinin içində kiçik, yaşıl bir dünya qurulmuşdu.

Amma bu bağ sadəcə yaşıllıqdan ibarət deyil. Eynulla Cəlalov üçün bambuk həm də sənətinin əsas xammalıdır. Usta yetişdirdiyi bambuklardan stol, stul, kreslo, kitab rəfi və müxtəlif əl işləri hazırlayır.

Beləcə, adi bir həyətyanı sahə həm qeyri-adi bağa, həm də əl əməyinin nümayiş olunduğu kiçik emalatxanaya çevrilib.

Burada ən maraqlı məqamlardan biri də təbiətin insan əməyinə necə çevrildiyini görmək idi. Torpaqda yetişən sadə bir bitki ustanın əlində həm faydalı əşyaya, həm də dekorativ sənət nümunəsinə çevrilir.

Lənkərana gəlib çay içməmək olarmı?

Lənkəran deyəndə ağlımıza ilk gələnlərdən biri, şübhəsiz, çaydır. Ona görə də çay plantasiyasına baş çəkmədən bu səfəri təsəvvür etmək mümkün deyildi.

Növbəti ünvanımız Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən “Nilado” çay plantasiyası oldu.

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən iki günlük mediatur çərçivəsində jurnalistlər burada həm çay plantasiyasını gəzib, həm də çayın emal prosesini yaxından izləmək imkanı əldə etdilər.

Yaşıl çay kollarının arasında gəzdikcə Lənkəranın çayçılıq ənənəsinin bu bölgənin həyatında nə qədər mühüm yer tutduğunu daha yaxşı hiss etmək olurdu. Çay burada sadəcə gündəlik içki deyil, həm də bölgənin tanınmasında mühüm rol oynayan bir dəyərdir.

Burada 20-dən çox müxtəlif çay növünü dadmaq, bəyənilən məhsulları, o cümlədən “Qarabağ” və “Xan” çay kolleksiyalarını, təbii gül çaylarını almaq mümkündür.

Amma mənim üçün bu məkanın ən maraqlı tərəfi yalnız çayın dadı deyildi. Yaşıl çay bağlarının arasında gəzmək, Lənkəranın təbiətini bu mənzərənin içindən seyr etmək səfərə tamam başqa ovqat qatırdı.

Turistlər burada milli geyimlərdə fotosessiya da etdirə, çay bağlarında gəzə və hətta çay yığımında iştirak edə bilərlər. Yəni burada çay sadəcə fincana süzülmür - onun torpaqdan süfrəyə qədər uzanan bütün yolunu görmək mümkündür.

Arıların dünyasında

Səfərimizin növbəti dayanacağı isə daha fərqli və bir qədər də qeyri-adi idi - arı muzeyi.

Lənkəranda fəaliyyət göstərən “Balçı Səyavuş” arıçılıq təsərrüfatında arıçılıq yalnız ənənəvi üsullarla deyil, müasir yanaşmalarla da birləşdirilib.

Təsərrüfatın rəhbəri Səyavuş Yaqubovun sözlərinə görə, burada arı məhsullarının müxtəlif istehsal növləri ilə yanaşı, apiterapiya - arı məhsullarından müalicə məqsədilə istifadə istiqamətində də fəaliyyət göstərilir.

Muzeydə hətta arı ilk apiterapiya evi fəaliyyət göstərir. Bu isə məkanı adi arıçılıq təsərrüfatından fərqləndirən əsas xüsusiyyətlərdəndir.

Burada texnologiya da arıçılığın bir parçasına çevrilib. Sahibkarın sözlərinə görə, arı pətəklərinin altına yerləşdirilən xüsusi smart tərəzilər vasitəsilə pətəyin çəkisi, rütubət və temperatur barədə məlumatları məsafədən əldə etmək mümkündür. Sistem məlumatları SMS vasitəsilə ötürür.

Bu məqam xüsusilə maraqlı idi. Çünki ənənəvi arıçılıq təsərrüfatında müasir texnologiyaların tətbiqi həm işin idarə olunmasını asanlaşdırır, həm də pətəklərin vəziyyətini uzaqdan izləməyə imkan verir.

Səyavuş Yaqubov həmçinin müxtəlif layihələrdə iştirak etdiklərini, KOBİA-nın arıçılıqla bağlı qrant müsabiqəsində qalib gəldiklərini və “Şəhərdən kəndə” layihəsi çərçivəsində arıçılıq muzeyini təqdim etdiklərini bildirib.

İki günlük səfər ərzində Lənkərana yalnız turist gözü ilə baxmadım. Burada tarixlə bu günün, təbiətlə insan əməyinin necə bir-birinə qarışdığını gördüm.

Bir tərəfdə əsrlik Xan evi, digər tərəfdə bambuk bağında öz sənətini yaşadan bir usta, bir yanda Lənkəranın əvəzolunmaz çay plantasiyaları, digər tərəfdə arıçılığı müasir texnologiyalarla birləşdirən sahibkar...

Fərqli ünvanlar, fərqli insanlar, fərqli hekayələr. Amma hamısının ortaq bir cəhəti vardı - Lənkəranın özünəməxsusluğu.

Bu səfər mənim üçün həm yeni bir bölgə ilə tanışlıq, həm də Azərbaycanın turizm potensialının nə qədər rəngarəng olduğunu yaxından görmək imkanı oldu.

Və etiraf edim ki, cənuba ilk səfərim son səfərim olmayacaq. Çünki Lənkəran bir dəfə gəlib görülüb keçiləcək yerlərdən deyil. Burada hər gəlişdə kəşf ediləcək yeni bir ünvan, dinləniləcək yeni bir hekayə və yadda qalacaq yeni bir mənzərə var.

Havar Şəfiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Sentyabr 2026 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri