Icma.az
close
up
RU
Şəkinin içməli su və kanalizasiya xətləri yenilənir işlər son mərhələdədir

Şəkinin içməli su və kanalizasiya xətləri yenilənir işlər son mərhələdədir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəki, 24 aprel, AZƏRTAC

Şəki şəhərində içməli su və kanalizasiya xətlərinin yenilməsi layihəsi çərçivəsində işlər davam etdirilir. Dövlət büdcəsi vəsaiti hesabına hazırda şəhərdə şəbəkələrin yenidən qurulması, eyni zamanda, tullantı sutəmizləyici qurğunun tikintisi işləri həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki şəhərinin icməli su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi layihəsi bir neçə mərhələdə icra olunur.

Layihə çərçivəsində Kiş çayının mənbəyində suötürücü qurğu, magistral kəmərlər və su anbarları inşa olunub. Hazırda şəhərin mərkəzi boyunca uzanan bir neçə küçədə yeni su və kanalizasiya xətlərinin tikintisi davam edir.

İş icraçısı Şahin Məmmədov görülən işlər barədə məlumat verərkən bildirib ki, Şəkidə çəkilməsi nəzərdə tutulan içməli su xəttinin və kanalizasiya kollektor xəttinin əksəri tamamlanıb. Ötən ilin oktyabrından bəri şəhərin Qurbanəli Mustafayev, Zülfüqar Zülfüqarov, Əzəl Sultanov, Pərviz Mustafayev, Kənan İsrafilov, Həsən Əliyev, Aşıq Cuma və Abbas Mirzə Şərifzadə küçələrində işlər tamamlanıb və sakinlərin içməli su problemi həllini tapıb.

“Şəki şəhərinin içməli su və kanalizasiya sistemi layihəsi 2016-cı ildən davam edir. Növbəti layihə 2024-cü ilin oktyabrından başlayıb. İşlər yüksək keyfiyyətlə görülür” - deyən Şahin Məmmədov, “Yunuslar” küçəsində işlərin tamamlandığını, növbəti mərhələdə M.Ə.Rəsulzadə küçəsinin qərb hissəsində işlərin görüləcəyini vurğulayıb.

Qeyd edək ki, layihə Şəkinin 2035-ci ilədək prespektiv inkişafı nəzərə alınmaqla, 80 min sakin üçün planlaşdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2018

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see198

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see178

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see146

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see144

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see133

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see130

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri