Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 15 iyul, AZƏRTAC
Sentyabrın 3-dən 7-dək Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə Bakıda, Nizami Kino Mərkəzində 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, bu il festivala 62 ölkədən 317 film daxil olub. Seçim komissiyası bütün filmləri dəyərləndirərək, müsabiqə şərtlərinə uyğun gələn 20 ölkədən 39 filmin müsabiqədə iştirak etməsini məqbul sayıb. Onlardan 10 film yerli, 29 film isə beynəlxalq kateqoriyalarda yarışacaqlar.
Festivalın seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib. Müsabiqədə iştirak etməsi üçün seçilmiş filmlər beynəlxalq münsiflər heyəti və tamaşaçılar tərəfindən qiymətləndiriləcək və qaliblər festivalın bağlanış mərasimində elan olunacaq.
Münsiflər heyətinin üzvlərinin adı yaxın zamanda açıqlanacaq.
Qaliblər üçün müxtəlif nominasiyalarda mükafatlar nəzərdə tutulub.
Qeyd edək ki, avqustda ayında 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının proqramı və bilet satışı haqqında məlumat veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 15 İyul 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















