Icma.az
close
up
RU
Səməd Vurğun və Xavər Vəkilova: bir baxışla başlayan sevgi hekayəsi

Səməd Vurğun və Xavər Vəkilova: bir baxışla başlayan sevgi hekayəsi

Icma.az bildirir, Azertag portalına istinadən.

AZƏRTAC Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun həyatına və yaradıcılıq irsinə həsr olunmuş silsilə materialların dərcini davam etdirir

Bakı, 2 sentyabr, AZƏRTAC

Nəşrin layihə rəhbəri Şəmil Sadiq, redaktoru isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də səmimi, qətiyyətli, duyğulu və öz hisslərinə sadiq bir insan kimi görməyə imkan verir.

AZƏRTAC Azərbaycanın Xalq şairi Səməd Vurğunun həyat yoldaşı Xavər Vəkilovanın xatirələrini oxuculara təqdim edir: “Yeznəm Abdulla Şaiq oğulluğa götürdüyü folklorçu Hümmət Əlizadəyə öz evində toy eləyirdi. Anam onlara köməyə getmiş və mənə də tapşırmışdı ki, dərsdən çıxıb ora gəlim, əl-ayağa dolaşmasınlar deyə uşaqlara baxım. Dərsdən çıxıb bacımgilə gəldim. Çoxlu qonaqları vardı. Məktəbli formamı əynimdən çıxarmamış səsli-küylü uşaqları öz otaqlarına apardım. Ara qapını örtərkən Səməd məni görüb, Abdulla Şaiqdən soruşur: Şaiq əfəndi, bu qız kimdir? – Baldızımdır, Xavər, övladımız kimidir.

Gəlini gətirmək məqamı çatanda evdən yalnız böyüklərin çıxdığını görən Səməd deyir ki, Şaiq əfəndi, nə olar, qoy Xavər də bizimlə getsin.

Ovaxtkı qanunlara görə azyaşlılar böyüklərin icazəsi olmadan onlarla birlikdə əyləşməz, toy və nişan məclislərinə getməzdi. Buna baxmayaraq, bacım yuxarı qalxıb, mənim də gəlin dalınca gedəcəyimi bildirdi. Gözlənilməz xəbərdən özümü itirib nə edəcəyimi bilmirdim. Maşına əyləşdim və gedib gəlini gətirdik.

Yenə qonşu otağa keçmək istəyirdim ki, Səmədin səsi gəldi:

– Şaiq əfəndi, bəs Xavər bizimlə əyləşməyəcək? Onda hiss etdim ki, Şaiq əfəndinin Səmədə hörməti hədsiz olduğundan istəklərinə qarşı çıxa bilmir. Odur ki, bir söz demədən əlimdən tutub məni masa arxasında Səmədlə üzbəüz əyləşdirdi. Özümü necə aparacağımı bilmədiyimdən və utandığımdan qıpqırmızı qızarıb süfrənin saçaqlarını hörürdüm. Səməd isə gözünü üzümdən çəkmirdi.

Ertəsi gün bacım bizə gəlib dedi ki, Səməd Xavərlə evlənmək istəyir. Atam razılıq vermir deyir ki, Xavər uşaqdır, hələ heç yeddiillik məktəbi bitirməyib!

Elə həmin gün Səməd bacımın böyük oğlu, sonralar tanınmış elm xadimi olan Kamal Talıbzadəni dilə tutub onun vasitəsilə mənə məktub göndərmişdi. O, mənimlə görüşmək istəyirdi. Səmədin fikrindən dönmədiyini görüb qərara aldılar ki, son söz mənim olsun. Çünki Səməd inad etmişdi ki, əgər mənimlə şəxsən görüşsə, onunla evlənməyə razılıq verəcəyəm. Nəhayət, görüşümüz Şaiq əfəndigil¬də təşkil olundu...”.

Ardı var…

Müxbir – Günel Alıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri