Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Şəmkir KBTL də ETÜD biliyin möhkəmləndiyi, şagirdin özünə güvəndiyi məkandır

Şəmkir KBTL də ETÜD biliyin möhkəmləndiyi, şagirdin özünə güvəndiyi məkandır

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Məktəb təkcə dərs keçirilən məkan deyil, həm də biliyin möhkəmləndiyi, şəxsiyyətin formalaşdığı, öyrənmənin vərdişə çevrildiyi bir mühitdir, təhsil ocağıdır. Bu baxımdan Şəmkir Kimya-Biologiya Təmayüllü Liseyində (KBTL) tətbiq olunan ETÜD dərsləri şagirdlərin bilik səviyyəsinin yüksəldilməsində və tədrisin keyfiyyətinin artırılmasında mühüm rol oynayır. İlk olaraq onu deyim ki, ETÜD dərsləri məktəbdə keçilən mövzuların təkrarı, əlavə izahı və möhkəmləndirilməsi məqsədi daşıyan məşğələlərdir. Bu dərslər şagirdlərə sinifdə öyrəndiklərini daha dərindən anlamaq, çətinlik çəkdikləri mövzulara yenidən qayıtmaq və müəllim nəzarəti altında biliklərini möhkəmləndirmək imkanı yaradır. Ən əsası isə ETÜD şagirdin “başa düşmədim” demədən, rahat və stresssiz şəkildə öyrənməsinə şərait yaradır.

Şəmkir KBTL-də ETÜD dərsləri həftənin beş günü dərsdən sonra təşkil olunur və məqsədi çox aydındır. Şagirdi dərs yükü ilə yormadan, ev tapşırıqlarını peşəkar pedaqoji nəzarət altında yerinə yetirməsinə kömək etmək. Bu proses zamanı şagirdlər ev tapşırıqlarını müəllimlərin istiqamətləndirməsi ilə həll edir, dərslik və əlavə vəsaitlər üzərində işləyir, test tapşırıqları və sınaq imtahanları vasitəsilə biliklərini yoxlayır və möhkəmləndirirlər. ETÜD dərslərinin mühüm üstünlüklərindən biri də vaxtın səmərəli təşkilidir. Şagirdlər evdə əlavə yüklənmədən, dərsə hazırlıq prosesini məktəbdə, sistemli və nəzarətli şəkildə tamamlayırlar. Xüsusilə əsas fənlər üzrə keçirilən əlavə məşğələlər şagirdlərin baza biliklərini gücləndirir, onların dərsə marağını artırır və özünə inamını formalaşdırır. Bu məşğələlər təkcə bilik qazandırmır. ETÜD eyni zamanda şagirdlər arasında dostluq, yoldaşlıq və qarşılıqlı dəstək mühitini gücləndirir. Birlikdə öyrənmək, bir-birinə kömək etmək, eyni məqsəd uğrunda çalışmaq “bilik qardaşlığı” deyilən dəyəri formalaşdırır. Bu isə gələcəkdə həm sağlam kollektiv düşüncənin, həm də sosial bacarıqların inkişafına zəmin yaradır.

Qısacası, Şəmkir KBTL-də təşkil olunan ETÜD dərsləri məktəb proqramının tam mənimsənilməsi, şagirdlərin dərsə hazırlıqlı olması və bilik səviyyəsinin yüksəldilməsi baxımından əvəzsiz pedaqoji dəstəkdir. Bu sistem göstərir ki, düzgün qurulmuş əlavə məşğələlər şagirdi yormur, əksinə, onu öyrənməyə daha da yaxınlaşdırır. Şəmkir KBTL-nin ETÜD modeli bir daha sübut edir ki, bilik vaxtında möhkəmləndiriləndə, öyrənmək yükə yox, zövqə çevrilir.

Bu uğurlu tədris mühitinin arxasında isə güclü pedaqoji kollektivin fədakar əməyi dayanır. Şəmkir KBTL-in müəllim kollektivi ETÜD dərslərinə sadəcə əlavə məşğələ kimi yox, şagirdin bilik dünyasına açılan yeni bir imkan kimi yanaşır. Hər bir müəllim bu prosesdə həm bilik ötürən, həm də yol göstərən, istiqamət verən pedaqoq missiyasını ləyaqətlə yerinə yetirir. Məhz bu yanaşma ETÜD dərslərini formal deyil, səmərəli və nəticəyönümlü edir. Bu sistemli və məqsədyönlü işin mərkəzində isə liseyin direktoru Səməndər Həsənovun gərgin və düşünülmüş fəaliyyəti dayanır. Direktorun rəhbərliyi ilə Şəmkir KBTL-də yaradılan sağlam pedaqoji mühit, müəllim–şagird münasibətlərində qarşılıqlı hörmət və etimada əsaslanan yanaşma ETÜD dərslərinin də yüksək keyfiyyətlə təşkilinə imkan yaradır. Şagirdlərin dərsdən sonra da məktəbdə qalaraq rahat, təhlükəsiz və nəzarətli şəraitdə biliklərini möhkəmləndirməsi məhz bu düzgün idarəetmə və qayğının nəticəsidir. Səməndər Həsənovun rəhbərliyi altında liseydə təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin intellektual inkişafı və biliklərə marağının artırılması əsas prioritet kimi müəyyən olunub. ETÜD dərsləri də bu strategiyanın mühüm tərkib hissəsidir. Burada hər bir şagirdin fərdi ehtiyacına diqqət yetirilir, hər bir uğur dəyərləndirilir, hər bir çətinlik vaxtında aradan qaldırılır.

Nəticə etibarilə, Şəmkir KBTL-də ETÜD dərsləri təkcə əlavə məşğələ deyil, düşünülmüş pedaqoji strategiyanın real nəticəsidir. Bu strategiya isə müəllim əməyinə hörmətin, direktor məsuliyyətinin və şagird gələcəyinə inamın vəhdətindən yaranır. Məhz belə bir mühitdə bilik möhkəmlənir, şagird böyüyür, məktəb isə cəmiyyət üçün dəyər yaradır.

Son olaraq deyim ki, mən bu yazıda sadəcə bir pedaqoji modeli izah etmədim, gələcəyə baxışın fəlsəfəsini ifadə etməyə çalışdım. Çünki təhsil siyasəti kağız üzərində qərarlar deyil, şagirdin masası arxasında, müəllimin zəhmətində, məktəbin gündəlik həyatında özünü göstərir. Bir jurnalist baxışı ilə gələcəyin qurucularına, bu gün parta arxasında oturan uşaqlara xidmət edən, milli məsuliyyət çağırışına olduqca ciddi yanaşan pedaqoji kollektivin səmərəli işinə münasibət bildirmək istədim.

seeBaxış sayı:81
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Yanvar 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see285

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see205

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see189

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see178

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see163

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri