Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Qvardiola Mançester Siti nin matçında

Ankara və İrəvanın yeni məramları nədir?

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

SƏN MƏNİ UNUTSAN İNDİDƏN UNUT

SƏN MƏNİ UNUTSAN İNDİDƏN UNUT

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Səni ürəyimin dərinliyində,

Qazıb basdırmışam qanımın altda.

Sənlə yaşadığım gün-güzəranın,

Tayını tapmaram eh..bu həyatda.

İllər, başım üsdə qara bulud tək,

Sənin yoxluğuna ağlayacaqdır.

Aylar,yaram üsdə duz ələyəcək,

Günlər, sevincimi dağlayacaqdır.

Ahu baxışından can alan ömrüm,

İndi can verəcək,yad baxışıyla.

Məndən soruşmasın halımı kimsə,

Gözlərim danışır yalvarışıyla.

Ümid çırağına sarıl əzizim,

Məndən ümidini kəs,yaşamıram.

Sən demə yaşamaq deyil mənimki,

Mən də sanırdım ki,pis yaşamıram.

Burax əllərimi xəyalında da,

Mələk gözlərinin yaşını qurut.

Mən səni qəlbimdə sirr saxlayacam,

Sən məni unutsan indidən unut.

ŞÜKÜR

Harama əlini uzatma qəti,

Kişiyə yaraşmaz burax qeybəti.

Nəyinə gərəkdi min cür neməti,

Bu gün qaynatdığın qazana şükür

Qapıl səcdəsinə,duaya bağlan,

İmanla ömür sür,həyaya bağlan.

Dünyaya aldanma,Xudaya bağlan,

Beş kərə oxunan azana şükür.

Çoxları nə bilər,necədir halın,

Bəxti yazmaq üçün varaqdı alın,

Elə gileylənmə,ay qadan alım!

Denən taleyimi yazana şükür.

ALLAH

Zəhmət çəksən ümidli ol,

Verməz haqqı bada,Allah!

Bir tək ona təvəkkül et,

Möhtac etməz yada Allah!

Mərhəmət et,könül qırma,

Qıybət edib,ara vurma,

Alnı səcdədən ayırma,

Yetişəndir dada,Allah!

Quyu qazıb özgəsinə,

Təkəbbürlə döymə sinə.

Şəkk gətirmə bu haqq dinə,

Atar səni oda,Allah.

Mən zavallı çəksəm qada,

Qəmi sevinc edər Xuda.

Bu dünyada,o dünyada,

Bir dostum var,o da,Allah!

İnsan

Vaxt şütüyür, ömür qaçır,

Fikir başdan dəlik açır.

Qəm ürəyə qəlpə saçır,

Nə aslandır, nə şir insan.

Zaman özü bir möhlətdi,

Yalan sözsüz xəyanətdi.

Günüm şeytana lənətdi,

Fəqət qəlbə dəyir insan

Yığışmır bəndə haqq yola,

İnsaf eyləmir qul qula

Tamah adlı pis xəyala

Bel büküb,baş əyir insan

Daşlasın məni

Yusun yağmurlar dünyanı,

Çisginlər yaşlasın məni.

Mən şeytana daş atıram,

Şeytan da daşlasın məni.

Ömür çatlamış quru lək,

Zaman xırda gözlü ələk.

Məzluma göz dikən fələk

Hədəfə tuşlasın məni.

Əqidəmdir yoxum,varım

Olmasa da milyonlarım.

Haqqa itsə etibarım,

Dar ağacdan asın məni!

Möcüzədir yerim göyüm

Sirləri var düyüm-düyüm.

Qıyıb tər qönçə üzdüyüm,

Güllər bağışlasın məni.

Dəyməz

Yanar odda bir ləhzədə

Yüz quru bir, yaşa dəyməz.

Qəmlə keçən fəsli bahar

Bol nəşəli qışa dəyməz.

Dərddir adamı yuxaldan,

Dərki həyatı çoxaldan.

Adam var ki,baş ucaldan

Adam var quruşa dəyməz.

Bu aləmdə söykək yerin

Kim olubdur düşün dərin.

Seçdiyin o,-hədəflərin

Hər bir vədə tuşa dəyməz.

Nicat, bağlan doğru yola,

Çox boylanma sağa-sola.

Milyon varlı dostun ola

Bir kasıb qardaşa dəyməz.

Nicat Novruzoğlu

İSMAYILLI ŞAİR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see375

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see276

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see232

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see219

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see201

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see197

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see189

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see188

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see187

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see180

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see178

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see174

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see173

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see172

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see168

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see168

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see166

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see165

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri