Icma.az
close
up
RU
Sənan Böyük Qələbəyə çox inanırdı...

Sənan Böyük Qələbəyə çox inanırdı...

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 27 sentyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Sənan həqiqi hərbi xidmət keçib müəyyən bacarıqlara yiyələndikdən sonra ərazi bütövlüyümüz uğrunda döyüşəcəyi günü səbirsizliklə gözləyirdi. O, müharibə başlayandan sonra hər saat hərbi komissarlığa yığır, nə zaman döyüşə aparılacağını soruşurdu. Hətta hərbi komissarlıqdan mənə zəng edib dedilər ki, oğlun bizi bezdirib, tez-tez yığıb məni də aparın deyir, işləməyə qoymur. O, arzusuna çatdı, 2020-ci il oktyabrın 1-dən Füzuli istiqamətindən döyüşlərə qoşuldu. Oktyabrın 5-də elə Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.

Bunu AZƏRTAC-a açıqlamasında Vətən müharibəsi şəhidi Sənan Abdullayevin atası Şahin Abdullayev deyib.

"Sonuncu dəfə oktyabrın 4-də mənimlə danışdı. Elə cümlələr, elə ifadələr işlədirdi ki, sanki bizimlə halallaşırdı. O, Böyük Qələbəyə çox inanırdı. Təəssüf ki, özü görə bilməsə də, döyüş yoldaşları, ordumuzun əsgər və zabitləri onun bu arzusunu reallaşdırdılar. Oktyabrın 5-də isə son döyüşünə gedən vaxt qardaşı ilə danışaraq bizi ona tapşırıb. Hadisədən 6 ay sonra hərbi komissar bizə gəldi. Dedi ki, Sənan döyüşə getdiyi gün onlara geri qayıtmaq əmri gəlmişdi. Sənan o qədər məyus olmuşdu ki... Bir neçə dəqiqədən sonra isə cəbhə bölgəsinə yollanacağı barədə xəbər alanda çox sevindi. Sanki qanad açıb uçacaqdı. Sənan çox imanlı övlad idi, güllə-boran arasında namazını da axsatmadı. Son döyüşdən əvvəl də namazını qılmaq nəsib oldu. Hazırda onun uyuduğu yer bizim üçün cənnətdir", - deyə Ş.Abdullayev bildirib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Sənan Abdullayevin nəşi 2020-cil noyabrın 1-də tapılıb. Noyabrın 20-də Hərbi Memorial Məzarlıqda (İkinci Şəhidlər xiyabanı) dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Sənan Abdullayev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri